Müasir dövrdə ticarət və marketinq sahəsində rəqabət günü-gündən artmaqdadır. Şirkətlər və mağazalar müştəriləri cəlb etmək, satış həcmini artırmaq və bazarda mövqelərini qorumaq üçün müxtəlif strategiyalardan istifadə edirlər. Bu strategiyalardan ən geniş yayılmış və təsirli olanlardan biri də endirim kampaniyalarıdır. Endirimlər alıcılara cəlbedici qiymətlər təklif etməklə yanaşı, onların alış qərarına birbaşa təsir göstərir.
Maraqlıdır, görəsən, marketlərdə və ya bazarlarda endirimə düşən, həddindən ucuz olan malları almaq təhlükəlidirmi?
Məsələ ilə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov SİA-ya açıqlamasında bildirib ki, endirimlər bütün dünya ölkələrində var və onların səbəbləri çox müxtəlifdir:
"Bu bir marketinq siyasətidir. İlk növbədə böyük şəkildə hər yerdə olunan endirimlərin məqsədi alıcıları qapıdan içəri salmaqdır. Bundan əlavə endirimlər mağazanın bağlanması və ya məhsulun artıq istehsaldan çıxarılması ilə bağlı ola bilər. Qida məhsullarında diqqətli olmaq lazımdır. Adətən yararlılıq vaxtı keçməyən, amma pis şəraitdə saxlanılmış və tezliklə xarab olacaq mallar endirimdə ola bilər. Bundan əlavə, endirimlər bəzən məhsul stokunun azalması və ya mağazanın bağlanması ilə əlaqədar həyata keçirilə bilər. Məsələn, müəyyən bir marka artıq istehsaldan çıxarılan məhsullarını satışdan çıxarmazdan əvvəl endirimli qiymətlərlə təklif edir. Eyni zamanda, yeni kolleksiyanın gəlməsi ilə köhnə kolleksiya məhsullarının ucuz qiymətlərlə satılması da endirimlərin səbəblərindən biridir.
Qida məhsulları sahəsində isə endirimlərə xüsusilə diqqətli yanaşmaq lazımdır. Bəzi hallarda endirimə çıxarılan məhsulların istifadə müddəti hələ bitməyib, lakin saxlanma şəraiti düzgün olmadığı üçün məhsul tezliklə xarab ola bilər. İstehlakçılar belə hallarda məhsulun qablaşdırmasını, saxlanma şəraitini və son istifadə tarixini diqqətlə yoxlamalıdırlar. Görünüşündə dəyişiklik, qoxuda fərqlilik və ya qablaşdırmanın zədələnməsi kimi hallar məhsulun yararsız ola biləcəyinə işarə edə bilər. İstehlakçılar bütün hallarda diqqətli olmalıdır. Məhsulun istehsal və son istifadə tarixinə baxmalıdırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə