“Qatarlararası interval azaldılacaq” - Bakı Metropoliteni

Yeni tədris mövsümündə Bakı metropolitenində payız-qış qrafiki tətbiq ediləcək və bununla da pik saatlarda qatarlararası intervallar azaldılacaq. Bakı Metropolitenindən SİA-ya verilən məlumata görə, həmin dövrdə tətbiq ediləcək minimal intervallar hərəkətin təşkili baxımından mümkün texniki imkanların ən optimal həddi olacaq. Bununla bağlı bir sıra yeniliklərin olacağı gözlənilir.

"Formula-1" Azərbaycan qran-prisi metronun iş rejimində nəzərə alınacaq.

Yeniliklər barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə