Jurnalist ekspert Ağa Dadaşzadənin SİA-ya verdiyi müsahibəsini təqdim edirik:
- Sizcə, boşanmaların sayı niyə artır və yaxud niyə boşanırıq?
- Serial, film bunlar hamısı bəhanələrdir. Bu mövzuların heç birinin boşanmada ciddiyyəti yoxdur. Bir insanın şüuru yoxdursa, nəinki serial heç nə buna təsir etməyəcək. Birincisi, Azərbaycanda ailə institutu yoxdur. Əgər olsaydı bu vəziyyət də olmazdı. İkincisi, ailə nədir? Ailə kiçik bir dövlətdir. Böyük bir dövlətin güclü olması üçün onun gərək kiçik dövlətləri güclü olsun. Bu dövlətçiliyə birbaşa təsir göstərən amillərdən biridir. Bizim olduqca gözəl mentalitetimiz var. Düzdür, bəzi məqamlarda geridə qalmışıq, müasir dövrün standartlarına cavab vermirik. Amma ümumi götürəndə bizim olduqca yaxşı mənəvi dəyərlərimiz var. O dəyərlər üzərində getməliyik.
- Bu qanunda hansı boşluqlar var?
- 80-cı illərdə "Mozalan" çəkilmişdi. Deməli, 3 dəfədən sonra deyir "Sən bu xanımla ailə qurmağa razısanmı?". Kişi də hər dəfə bir xanımla gəlir və 3 mərhələdən sonra deyir, "Bu xanımı sevirəm". Gəl, bununla nikahını rəsmiləşdirək. Hazırda tibbi müayinə var. Qanun yaxşı ki, onu qoyub. Amma bununla bağlı vaxt qoyulmalıdır. Zaman kəsiyində orada suallar verilməli və test imtahanları ödənişli şəkildə olmalıdır. Məsələn, mən bu xanımı istəyirəmsə ya xanım məni istəyirsə, əgər sevirlərsə həmin o rüsumu dövlətə ödəsin. Bu rüsumu qoy ki, həm dövlətə xeyri olsun, həm də ki kiçik dövlətlərin qurulmasında bu rüsum əsas pay sahibi olsun. 3 mərhələli olsun. Birində test imtahanları, 2-ci vaxt, 3-cü danışıq. Sən niyə bu adamla evlənmək istəyirsən? Niyə seçmisən? İndi etiraflar var ki, atasının imkanı var seçmişəm və yaxud guya qız gözəldir. Çox şeylər üzə çıxa biləcək. Mən düşünürəm ki, 6 ay vaxtda standart bir paket hazırlasınlar.
- Ümumiyyətlə, maraqlı məqamlardan biri də boşanmaların həqiqətən səbəbləri çoxdur. Bəziləri də buna asan qazanc yolu kimi baxır ki, məhz aliment alacam. Sizə elə gəlmir ki bu proses də boşanmalarda rol oynayır?
- O axmaq düşüncədir, lap elə mən ailə qurum. Bu ailənin boşanması bədbəxtçilikdir. Çünki uşaq ortada qalır. Axı bu körpə uşağın heç bir günahı yoxdur. Alimentlə nə etmək olar?! Maşın almaq olmaz, ev almaq olmaz. Bu həm də baxır kişinin qazancına. Kişi nə qədər qazanırsa bir o qədər orada bölgü olur.
Asan qazanc yolu deyəndə, inanın səmimiyyətimə axmaq düşüncədir. Bu alternativ variant kimi beyinlərdə var ki, belə olacaq. Arada gənc vaxtlarımda çox dalaşqan idim. Amma indi deyirəm ki, yox dalaşmaq olmaz. Söz-söhbət olacaq, inciklik olacaq, məhkəmə olacaq. Normal həyat sürməliyik. İnsan düşünməlidir ki, bir boşanma prosesində nə qədər məhkəmələr, nə qədər ərizələr yazılır, fikir mübadilələri aparılır. Adamın başı şişir.
Hamısından yaxşı normal istiqamətdə sistemli şəkildə ailə qurmaqdır. Biz boşanmış ailələrlə qırğınlarda oluruq. Aliment versə də deyir 6-cı gün uşağı görmək istəyirəm, söyüş, qırğın dava genişlənir. Bazar günü uşağı mən göstərmirəm. Oğlan gəlir qadının evində dava edir, qadın da gedir oğlanın evində dava edir.
Hələ tanınmış həkimlərdən biri var, onu tanıyırsınız. O qaynanasının evində nə oyun çıxardır. 40-dan çox yaşı var, illər öncə də boşanıblar. Hətta iki gün əvvəl yeni tikili binaların birində elə bir səs-küy qopartmışdılar ki, bütün qonşular çıxıb onlara tamaşa edirdi. Tanınmış bir adamdır. Nə var-nə var mən uşağı görmək istəmişəm, bir saat gec gəlmisən, mənim də pasientim olub uşağı görməmişəm. Bu hər şeyi ayaqlar altına atır. Uşaqlar travma alır.
- Mediasiya Şurasına ümidimiz vardı amma təəssüflər olsun ki, o da gözləntiləri doğrultmadı. Bəs siz bu barədə necə düşünürsünüz?
- Mediasiya Şurası bizim öz ailəmizdir, cəmiyyətimizdir, öz yaxınlarımızdır. Siz dediniz 60 yaşda boşananlar var. Norveçdə pulu olan imkanlı kişilər gördüm ki, mən 64-66-67 yaşında öz həyat yoldaşlarından boşanıb özlərindən 20-30 yaş cavan xanımlarla ailə qurmağa meyl edirlər. Yəni ümumi olaraq dünyada o niyyət, məqsəd, tamah eynidir. Həqiqətən də başı dinc olsun, halallıq olsun deyə illər boyu qoruduğun ailəni tamaha görə dağıdırsan. Yəni ifratçəlıq özü tamah deməkdir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə