“Qızılca ilə vaksinasiya olunan şəxslər də virusa yoluxa bilər“ - HƏKİMDƏN AÇIQLAMA
“Qızılca infeksion xəstəlikdir və hava-damcı yolu ilə yoluxur. Bu xəstəlik kifayət qədər ciddi hesab olunur. Nəzərə alsaq ki, bu gün qızılca yeni bir formada peyda olub, daha da diqqətli olmalıyıq. Hazırda qıcılca ağırlaşmaya meyilli formada təzahür edir”. Bu sözləri SİA-ya açıqlamasında həkim infeksionist Adil Qeybulla deyib.
Həkim bildirib ki, bu gün dünyada qızılcanın yayılması təkcə müəyyən vaksinasiyadan yayınma ilə izah edilmir: “Yəni burada proseslər məhz qızılca virusunun yeni bir xassə almasına bağlıdır. Bu baxımdan da virusa ciddi yanaşmaq lazımdır.
Xüsusilə də vaksinasiya məsələsində hər kəs diqqətli olmalıdır. Qızılca 13 vaksindən biri kimi milli peyvənd təqviminə daxil edilib və 10 yaşa kimi iki dəfə vaksinasiyadan keçmək lazımdır. Qızılca ilə vaksinasiya olunan şəxslər də virusa yoluxa bilər. Lakin onlar xəstəlik dövrünü çox yüngül keçirəcəklər. Qızılca keçirən şəxslərdə adətən immunitet yaranır. Amma hazırda qızılca virusunun bu dərəcədə yayılması qənaəti dəyişdi. Qızılca ağciyər və beyin ödəmi yaratmaqla ölümə səbəb olur. Bu xəstəliyin ağırlaşmış formasıdır. Qızılcanın spesifik bir müalicəsi yoxdur. Amma yataq rejimində olmaq və bol maye qəbulu məsləhət görülür”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB