Aparıcı: "İnsanlara belə zülm verməyin"

Aparıcı: "İnsanlara belə zülm verməyin"

Aparıcı Aytən Səfərova metrodan şikayətlənib. SİA-nın verdiyi xəbərə görə, aparıcı havalandırma sisteminin işləmədiyini bildirib: "Bakı Metropolitenindən istifadə etməkdəyəm. Hazırda qatarda gedirəm. Məncə, hər metrostansiyanın girişində ürək-damar və ağ ciyər xəstələrinə xəbərdarlıq asılmalıdır ki, "havanız çatışmaya, ürəyiniz gedə və halsızlaşa bilərsiniz. Bu, nədir? Metroda, qatarlarda havalandırma sistemi deyilən şey yoxdur. Camaat elə bil yeraltı saunaya girir. Hamı da tər tökür. Axı niyə? Minərlə insan - yaşlı, əliuşaqlı, hamilə, xəstə metrodan istifadə etməyə məcburdur. Havalandırma sistemini düzəldin, insanlara belə zülm verməyin. Bu qədər işlər görülür, amma kiçik mənfi hal bu boyda işi kölgədə qoyur".

Bütün xəbərlər Facebook səhifəmizdə