…Britaniyanın “Made in Chelsea” realiti-şousunun ulduzu Milli Makintoş iki yaşlı qızı Aureliyanın təsadüfən burnunu sındırdığını deyib.
SİA-nın məlumatına görə, o, bu barədə İnstaqramda yazıb. …Son vaxtlar buralarda bir az sakit idim və bunun səbəbi budur. Üç həftə əvvəl Aureliya təsadüfən burnumu sındırdı! Mən onu tutarkən başını geri atdı və başının arxası ilə düz burnuma vurdu. Xırıltılı səs eşitdim və həkimə getdim, sonunda cərrahiyyə əməliyyatına ehtiyac duydum, sınığımı düzəltmək lazım olduğunu yazdı.
Televiziya şousunun iştirakçısı hadisəni hələ də gülüş doğuran “valideyn səhvi” adlandırıb.
Şərhlərdə istifadəçilər Makintoşu dəstəkləyib və ona hadisəni şəxsən qəbul etməməyi tövsiyə ediblər.
…Bu, çox çətindir, lakin siz özünüzə qarşı daha mehriban olmalısınız və mən də özümə eyni şeyi deyirəm,- deyə bir istifadəçi yazıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə