"Düzdür, heç kim öz ayranına turş demir" - MÜĞƏNNİ GİLEYLƏNDİ

Hər zaman olduğu kimi günümüzdə də efir zamanı aparıcılar tərəfindən müğənnilərə şəxsi həyatı ilə bağlı xeyli suallar verilir. Üstəlik bir sıra müğənnilər var ki, efirdən öncə aparıcıya şəxsi həyatı ilə bağlı heç bir sual verilməməsini tapşırır. Amma buna rəğmən israrla bu tip suallar ünvanlayırlar. Bəs, bu nə dərəcədə düzgündür? Nə üçün edilir? Efirlərdə aparıcı-qonaq münasibəti necə olmalıdır? SİA mövzu ilə bağlı müğənni Mənzurə Musayevanın fikirlərini öyrənib.

Müğənni bildirib ki, bu reallıqdır ki, efirdə olan insanların həyatı hər kəs üçün maraqlıdır: "Düşünürəm aparıcılar həm bu səbəbdən, həm də reytinq xatirinə müğənnilərə bu tip suallar ünvanlayırlar".

Mənzurə Musayeva sözlərinə belə davam edib: "Aparıcılar illərdir ki, müğənnilərə şəxsi həyatı ilə bağlı suallar verirlər. Mənə də belə suallar ünvanlayırlar və cavablandırıram. Nə edə bilərik? Onların da işi odur. Onsuz da kiminsə vasitəsilə bizim həyatımız öyrənilir.

Düşünürəm ki, onlar özlərini təstiq etmiş illərin aparıcılarıdır. Biz onlara nə deyə bilərik? Onlar bu sualları verməyə layiq insanlardır.

Mənə gəldikdə isə mənim şəxsi həyatım hamıya bəllidir. Şükür Allaha heç bir nöqsanım da yoxdur. Düzdür, heç kim öz ayranına turş demir. Amma mənə hansı sualı versələr cavablandırıram. Qoy, onların ürəkləri rahat olsun".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə