Manafdan həbs edilən oğlu barədə yeni açıqlama

Tanınmış müğənni Manaf Ağayev bir neçə gün bundan öncə azadlığa buraxılan oğlundan danışıb. SİA xəbər verir ki, Manaf Ağayev açıqlamasında oğlu Müşfiq Ağayevin səhv etdiyini bildirib. “Bir səhv idi etmişdi, onun da cəzasını çəkdi. Başqa problem yoxdur. Artıq evdədir”, - Müğənni vurğulayıb.

Xatırladaq ki, Manaf Ağayevin oğlu Müşfiq Ağayev mart ayının 13-də sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün polis tərəfindən saxlanılıb və Səbail Məhkəməsinin qərarı ilə 5 sutka həbs edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə