Azərbaycan hərbi qüdrətilə torpaqlarını azad etdi ŞƏRH

Azərbaycan hərbi qüdrətilə torpaqlarını azad etdi ŞƏRH

Cari ilin 13 oktyabr tarixində Azərbaycan Prezidenti cənab İlham Əliyevin Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxışı bir çox məqamlarla yadda qaldı. Toplantıda çıxışı ilə Prezident Ermənistanın 30 il davam edən düşmənçilik, işğalçılıq siyasəti və onun nəticələri haqqında beynəlxalq tribuna vasitəsilə bir daha dünyaya çatdırdı. Azərbaycan liderinin bu yöndə söylədiyi fikirlər bir-birini tamamlamaqla yanaşı, hər birinin faktlara əsaslanması olduqca mühüm məqam idi. Ölkə başçısının qeyd etdiyi kimi, 30 il davam edən Qarabağ münaqişəsinə Vətən müharibəsində qazanılmış Qələbə nəticəsində son qoyuldu.

Nəticədə iki il əvvəl Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad etdi. Azərbaycan xalqı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını özü təmin etdi, bu ədalətsizliyi öz gücü ilə aradan qaldırdı, hərbi-siyasi resursları vasitəsilə münaqişəni həll etməklə beynəlxalq hüquq normalarının tələblərinin yerinə yetirilməsini təmin etdi. Ermənistanın işğalçı siyasətindən, təxribatçı hərəkətlərindən, təcavüzkar, destruktiv mövqeyindən 30 ilə yaxın müddət ərzində əziyyət çəkən Azərbaycan öz iqtisadi potensialı, siyasi imkanları, diplomatik resursları və hərbi qüdrəti vasitəsilə torpaqlarını azad etdi, ərazi bütövlüyünün bərpasına nail oldu.Prezident İlham Əliyevin Astanadakı çıxışında qətiyyətlə söylədiyi digər məsələ öldürülən və itkin düşən azərbaycanlıların taleyi ilə bağlı oldu. Ölkə başçısı çıxışı zamanı vurğuladı ki, ermənilər Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı sistemli şəkildə müharibə cinayətləri törədiblər. Erməni vandalizmi nəticəsində Birinci Qarabağ müharibəsindən bəri 3900-ə yaxın Azərbaycan vətəndaşı itkin sayılır. Onların əksəriyyəti işgəncələrə məruz qalıb, öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb. Onu da qeyd edək ki, hətta işğaldan azad edilmiş Xocalının Fərrux və Xocavəndin Edlli kəndlərində kütləvi məzarlıqlar aşkar olunub. Kütləvi məzarlıqlarda aşkara çıxarılan insan qalıqları göstərir ki, erməni işğalçıları o zaman həm döyüş meydanında həlak olan hərbçilərin, həm də qətlə yetirilən mülki şəxslərin meyitlərini harada gəldi basdırıblar.Kütləvi məzarlıqlarda aşkar edilmiş qalıqların Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş, bugünədək taleyi naməlum olan soydaşlarımıza məxsus olma ehtimalı vardır. Halbuki Ermənistan tərəfi dəfələrlə edilən çağırışlara baxmayaraq, törətdiyi müharibə cinayətlərini dünya ictimaiyyətindən gizlətmək məqsədilə həmin şəxslərin taleyi, eləcə də azərbaycanlıların kütləvi dəfn yerləri barədə məlumatları təqdim etməkdən boyun qaçırmışdır. Bu isə Cenevrə Konvensiyasının, beynəlxalq humanitar normaların pozulmasıdır. İşğalçı Ermənistanın növbəti belə cinayət əməlləri törətməsinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyət bu müharibə cinayətlərinə adekvat reaksiya verməli, həmin cinayətləri törədənlər məsuliyyətə cəlb edilməlidir.Azərbaycan Prezidenti cənab İlham Əliyevin Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasındakı çıxışı bütünlükdə Ermənistanın son 30 ildə Azərbaycana qarşı etdikləri və ərazi iddiası, törətdiyi cinayətlər, müharibə dövrü və müharibənin nəticələrinə dair qısa və hərtərəfli xülasə kimi də-yərləndirmək olar.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə