"Qəbirlərə qarşı vandalizm aktı törədən xalqdan nə gözləmək olar" - SİYASİ ŞƏRHÇİ MÜNASİBƏT BİLDİRDİ

"Sözsüz ki, bu insanı bir cinayətdir və beynəlxalq hüquq qarşısında bunu törədənlər cavab verməlidir. Ermənistan tərəfi birinci Qarabağ müharibəsində törətdiyi cinayətləri ört basdır etməyə çalışır. Düşünürlər ki, üzərindən uzun zaman keçməsinə görə artıq bu unudulub. Lakin aşkarlanan meyidlər Ermənistan tərəfinin törətdiyi dəhşətli cinayətlərinin üstünə açmış oldu. İkinci Qarabağ müharibəsi Azərbaycanın nə qədər humanist və beynəlxalq hüquqa uyğun davrandığını göstərdi. Azərbaycan əksər əsirləri Ermənistana geri qaytardı, bir qrup ağır cinayət törətmiş şəxslər açıq məhkəmə ilə mühakimə olundu". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, Ermənistanın törətdiyi insanlıq əleyhinə bu cinayətlər cəzasız qalmamamalı, bu hallar beynəlxalq məhkəmələrə qədər daşınmalıdır: "Eyni zamanda xarici nüfuzlu mətbuat və beynəlxalq təşkilatlarla da bu istiqamətdə ciddi məlumatlandırma işi aparılmalıdır. Bu gün kimi aydır ki, Ermənistanın Azərbaycanın tək mülki əhalisinə qarşı törətdiyi cinayət və terror aktları müqayisədə qat-qat çoxdur, Azərbaycan ümumiyyətlə müharibə qanunlarına tam uyğun hərəkət edib, hansısa qayda pozuntusu olubsa, bu da cəzasız qalmayıb".

Siyasi şərhçi sözlərinə belə davam edib: "Mülki əhali ilə Azərbaycan əsgərləri hər zaman sivil davranıb, bu aqressiya Ermənistanın apardığı siyasətdən doğur. Lakin dediyim kimi ən vacib məsələ bunu dünya ictimaiyyətinə, xarici KİV-lərə düzgün formada çatdırmaq və onlarla işin düzgün qurulmasıdır. Əks halda bu faktlara görə bunu törədənlər cəzasız qalacaq. Həm də Azərbaycan sülh sazişinə görə əsir və itkin düşənlərin yerlərinin Azərbaycana bildirilməsini təsadüfi qaldırmayıb, çünki Ermənistan həqiqətən müharibə qanunlarına zidd olaraq qeyri-insani və çox böyük vəhşilikləri törədib mülki əhali və əsirlərə qarşı. Aşkar olunan fakt məhz bunlardan birisidir. Qəbirlərə qarşı vandalizm aktı törədən bir xalqdan bundan artıq nə gözləmək olar".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə