"Azərbaycan öz uğurlu xarici siyasəti ilə Ermənistanla arasında olan məsələni..." - POLİTOLOQ AÇIQLADI

"Azərbaycan öz uğurlu xarici siyasəti ilə Ermənistanla arasında olan məsələni..." - POLİTOLOQ AÇIQLADI

"Brüsseldə keçirilən görüş format olaraq fərqli deyildi. Bu danışıqlar Avropa İttifaqının prezidenti Şarl Mişelin köməkliyi ilə keçirildi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı Moskvadan fərqli olaraq problemin həll olunmasında daha çox maraqlıdır: "Görüşdə Azərbaycan tərəfinin irəli dürdüyü məsələlər danışıq masasına yatırıldı. Bu məsələlər sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiya və demarkasiyası, Zəngəzur dəhlizinin açılması idi. Bundan əlavə olaraq Azərbaycanın Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarla bağlı məsələ də müzakirə edildi. Görüş zamanı nə danışıqların gedişində, nə əldə olunmuş razılaşmalarda Dağlıq Qarabağın statusu ilə bağlı hər hansı bir məsələ olmadı. Eyni zamanda, ATƏT-in Minsk Qrupunun həmsədrləri məsələsi də gündəmə gəlmədi. Halbuki Rusiya və Fransa bilavasitə daha çox Avropanın təmsilçisi statusu ilə çıxış edirdilər. Görüşdə əldə olunan ən böyük nəticələrdən biri tərəflərin noyabr ayının axırında yenə bu formatda görüşmələridir. Yəni bu müddət ərzində həll olunmayan məsələlər ya öz həllini tapmalı, ya da bu istiqamətdə addımlar atılmalıdır. Üçtərəfli görüşdə təbii ki, çox məsələ müzakirə olunub. İki tərəfin xarici işlər nazirlərinin sülh müqaviləsinin ilkin çərçivə razılaşmalarını təkliflər şəklində bir ay ərzində təqdim etmələrini istəyiblər. Bu, çox böyük bir addımdır. Bütün bunlar onu göstərir ki, Azərbaycan öz uğurlu xarici siyasəti ilə Ermənistanla arasında olan məsələni Avropaya transfer etməyi bacardı".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə