“Xankəndidəki separatçılar erməni müxalifəti ilə həmrəylik nümayiş etdirir” AÇIQLAMA

“Xankəndidəki separatçılar erməni müxalifəti ilə həmrəylik nümayiş etdirir” AÇIQLAMA

“Son günlər erməni mətbuatında Qarabağ münaqişəsinin perspektivdə həlli ilə bağlı məsələlərə münasibətdə rəsmi İrəvanın bir, erməni müxalifəti və Xankəndidəki qeyri-qanuni hakimiyyətin təmsilçiləri arasında kəskin fikir ayrılıqlarının olması barədə məlumatlar getməkdədir”. Bunu “Səs” qəzetinə açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, Xankəndidəki separatçılar erməni müxalifəti ilə həmrəylik nümayiş etdirərək 3 mühüm şərtin gözləniləcəyi halda Azərbaycanla danışıqların aparılacağını bəyan edib: Birincisi, tərəflərin ərazi bütövlüyünün qarşılıqlı tanınması, ikincisi, danışıqlarda “xalqların öz müqəddəratını təyinetmə” hüququnun qəbul edilməsi, üçüncüsü isə, problemin perspektiv həllinə nail olmaq üçün güc tətbiqetmə mövqeyindən çıxış etməmək. Qondarma separatçı rejimin “dövlət naziri” Artak Beylaryan bu fikirləri səsləndirib, separatçı rejimin parlament üzvi Akopyan isə iki gün əvvəl Paşinyan və Arutunyan arasında erməni ictimaiyyətindən gizli şəkildə məxfi görüşün keçirildiyini iddia edib. Maraqlıdır ki, rəsmi İrəvan danışıqların ruhu və xarakterinə ciddi xələl gətirə biləcək bu məlumatları, hələlik, təkzib etməyib, lakin bu təkliflərlə bağlı Paşinyanın rəhbər olduğu "Vətəndaş müqaviləsi" partiyasının 3 iyunda müxalifətlə parlament müzakirələrinə qatılmaqdan imtina etməsi göstərir ki, iqtidar müxalifətin Qarabağla bağlı təkliflərinə müsbət yanaşmır və erməni müxalifətindən fərqli olaraq Qarabağın Azərbaycanın ərazi birliyinə aid olması faktorunu mübahisəli hesab edir, lakin onun təhlükəsizliyinin təminatı ilə bağlı baxışları bölüşür”.

E.Manafov onu da bildirdi ki, Brüsseldə, habelə Soçi və Moskvada rəsmi Bakı ilə aparılan və razılaşdırılan bəzi məsələlərə baxmayaraq Qarabağ problemin artıq həlli olunması ilə bağlı İrəvan Bakının baxışlarını bölüşmür və bu qeyri-müəyyənlik istər erməni iqtidarının, istərsə də müxalifətinin mövqe və baxışlarına Cənubi Qafqaz uğrunda geosiyasi qarşıdurmada fərqli qütblərdə duran məlum güc mərkəzlərinin mühüm təsir imkanları, habelə bölgənin bu günü və sabahı ilə bağlı fərqli layihələrin mahiyyətindən irəli gəlir: “Rusiyanın Cənubi Qafqaza Qərbi hərbi inteqrasiya ilə bağlı məsələlərdə yaxın buraxmamaq mövqeyi onun münaqişə zonasındakı sülhməramlılarının fəaliyyətinə də təsirsiz ötüşmür. Ermənistandan fərqli olaraq Azərbaycanın kifayət qədər müstəqil siyasət yeritmək üçün malik olduğu resurs və imkanlar geosiyasi qütblərin əks mövqelərində qərar tutmuş qlobal güclərin diqqətindən yayınmır. Problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində birdəfəlik və qəti həlli müstəqil Azərbaycanın təhlükəsizlik, regional, enerji sahəsində siyasətinə təsir imkanlarının əhəmiyyətli dərəcədə zəifləməsi olardı ki, tərəflərdən heç biri,hələlik, buna getmək istəmir və ya indiki geosiyasi reallıqlar şəraitində, hələlik, mümkün sayılmır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə