Gürcüstan XİN rəhbəri Azərbaycanı təbrik edib

Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, nazir tviter hesabında ən səmimi təbriklərini çatdırıb.

"Srateji tərəfdaşımız - Azərbaycanın Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunam. Dost Azərbaycan xalqına ürəkdən uğurlar və firavanlıq arzulayıram", - XİN başçısı yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə