Nəsimi rayonunda "Lider MƏN" İnkişaf Akademiyası layihəsinin bağlanış tədbiri olub FOTOLAR

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə "Lider MƏN" İnkişaf Akademiyası layihəsinin bağlanış tədbiri baş tutub. Tədbirdə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədr müavini Abbas Pənahov, "Loqos" Psixoloji və Nitq Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rəşad Bayramov çıxış edərək, layihənin gedişatı və yekunu haqda məlumat verib, iştirakçılara uğurlar arzu edib, layihənin əhəmiyyəti və gənclərin iştirakı barədə öz fikirlərini bölüşüb.

Sonda layihədə iştirak edən gənclərə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, layihədə Nəsimi rayonu ərazisində yerləşən müxtəlif ali təhsil müəssisələrinin tələbələri iştirak edib.

Nəzakət Ələddinqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...