30 ilə yaxın Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistan ərazilərdəki infrastruktur, yaşayış evləri və digər binaları dağıtmaqla kifayətlənməyib. Bu müddət ərzində erməni vəhşiləri işğal altındakı ərazilərdən Azərbaycanın başqa bölgələrinə bir damla suyun gəlməsinə imkan verməyib. İşğal dövründə erməni terroruna məruz qalan su anbarlarından biri də Xaçınçay su anbarıdır.
Xaçınçay su anbarı eyniadlı çayın üzərində salınıb və 1964-cü ildə istismara verilib. Suvarma məqsədilə yaradılıb. Xaçınçay su anbarı böyük əhəmiyyətə malikdir. Çünki Ağdamın xeyli yaşayış məntəqələrini suvarma ilə əhatə edir.1993-cü ildə Ağdam rayonu Ermənistan ordusu tərəfindən işğal olunarkən su anbarının Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olmaqla yanaşı, çirklənməyə də məruz qalıb. İşğal nəticəsində digər sahələr kimi, su anbarları və hidroqovşaqlar, suvarma sistemləri, kollektor-drenaj şəbəkələri, onların üzərindəki hidrotexniki qurğular, nasos stansiyaları, subartezian quyuları, elektrik və mexaniki avadanlıqlar da tamamilə dağıdılmış, istismara yararsız hala salınmışdır. Lakin bu ərazilər düşməndən azad olunduqdan sonra su anbarının bərpasına start verilib.
İşğaldan azad olunmuş ərazilərdə əhalinin məskunlaşmasının aparılması üçün, ilk növbədə, infrastruktur obyektlərinin, o cümlədən əhalinin içməli su və əkin sahələrinin suvarılması üçün su təsərrüfatı və meliorasiya obyektlərinin bərpa olunması məqsədilə ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncam və tapşırıqlarına əsasən işğal altında qalmış, düşmən tərəfindən məhv edilmiş digər su anbarları kimi Xaçınçay su anbarının da restavrasiyası və yenidən istismarı istiqamətində işlər bu gün də uğurla davam etdirilməkdədir. Əhalinin içməli su və əkin sahələrinin su təminatı məqsədi ilə ASC tərəfindən onların bərpası və istismarı üçün mütəmadi işləri aparılır. Prezident cənab İlham Əliyevin rəhbərliyi və dəstəyi ilə işğaldan azad olunmuş ərazilərdə meliorasiya və su təsərrüfatı obyektləri qısa müddətdə müasir standartlara uyğun yenidən qurulması və əhalinin istifadəsinə verilməsi qarşıya qoyulan əsas prioritet məsələlərdən biridir.
Hafiz Əzimzadə,
Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatı
Mexaniki Suvarma İdarəsi ərazi partiya təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB