Peskov: “Kreml Brüsseldə əldə edilən nəticəni alqışlayır” XƏBƏR+AKTUAL

Peskov: “Kreml Brüsseldə əldə edilən nəticəni alqışlayır” XƏBƏR+AKTUAL

Kreml Azərbaycan və Ermənistan hakimiyyətlərinin sülh prosesini başlatmaq qərarlarını pozitiv qiymətləndirir. SİA xəbər verir ki, bu haqda TASS Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskovun cümə axşamı jurnalistlərə verdiyi açıqlamasında Brüssel görüşündə əldə edilən nəticələrə münasibətini şərh edərkən deyib.

“Pozitiv”, deyə o müvafiq sualı cavablandırarkən bildirib.

Peskov əlavə edib ki, prosesin kifayət qədər davamlı olması aydındır, lakin belə bir sənədin qəbulu istiqamətindəki irəliləmə özü-özlüyündə pozitiv faktdır və biz onu alqışlayırıq.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə