Kreml Bakı-İrəvan görüşünü müsbət qiymətləndirir

Kreml Bakı-İrəvan görüşünü müsbət qiymətləndirir

Kreml Azərbaycan və Ermənistan rəhbərliyinin sülh danışıqları prosesinə başlamaq barədə qərarını müsbət qiymətləndirir.

SİA-nın məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

"Aydındır ki, bu proses uzun prosesdir, amma bu cür sənədin imzalanmasına doğru irəliləyiş özü-özlüyündə müsbət faktdır və alqışlanır", - D.Peskov deyib.

Qeyd edək ki, aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşü olub.

Bütün xəbərlər Facebook səhifəmizdə