“Hayastan” fondu Məhəmməd Mirzəlini dəstəklədi FAKT+FOTO

“Hayastan” fondu Məhəmməd Mirzəlini dəstəklədi FAKT+FOTO

Avropadakı söyüş müxalifətinin düşmənlərimizlə əlbir olduqları növbəti dəfə sübuta yetirildi!

Ermənistanın “Hayastan” fondu Avropada saxta yollarla “siyasi mühacir” adını almış və davamlı olaraq Azərbaycan dövlətinin maraqlarına qarşı sifarişli çıxışlar edən Məhəmməd Mirzəliyə qahmar çıxıb, hətta onu açıq-aşkar dəstəkləyib. SİA-nın əldə etdiyi məlumatına görə, zaman-zaman, hətta mütəmadi şəkildə Ermənistan mediasına Azərbaycan əleyhinə müsahibələr verən söyüş müxalifətinin təmsilçisi Məhəmməd Mirzəli bu dəfə erməni diasporunun dəstəyi ilə Avropa Parlamentinin İnsan Hüquqları üzrə Alt Komitəsində çıxış edib. Daha dəqiq desək, ermənilər tərəfindən yazılan mətni üzündən oxuyub. Hətta o, Azərbaycan dövləti və hökuməti əleyhinə ittihamlar səsləndirməklə qərəzli, düşmən xarakterli çıxışında ona yardım göstərən ayrı-ayrı erməni təşkilatlarına da minnətdarlıq etməyi unutmayıb.

Bu ünsürü yalnız Ermənistan erməniləri deyil, qondarma “dqr” quldur-rejiminin separatçıları da dəstəkləyirlər!

Əbəs deyil ki, saxtakarlıq, yalan və şantajlar vasitəsi ilə Azərbaycanı hədəfə alan Məhəmməd Mirzəlini Ermənistanın “Hayatsan” ümumerməni milli fondunun və Amerikanın Erməni Milli Komitəsinin üzvləri dəstəkləməklə yanaşı, onun sözlərini erməni seqmentinin sosial şəbəkə səhifələrində də paylaşıblar.

Onların arasında yalnız Ermənistan təmsilçiləri deyil, həmçinin qondarma “dqr” quldur-rejiminin separatçıları da var ki, Məhəmməd Mirzəli adlı satqın ünsürü dəstəkləyiblər.

Xatırladaq ki, bu ünsür daha əvvəllər də Ermənistan TV-lərinə müsahibələr verərək ölkəmiz əleyhinə çıxışlar edib.

Beləliklə, məlum olub ki, düşmən dairələrinin maraqlarına işləyən bu alçaq ünsürün fikirlərini yayan və dəstəkləyən, ona Avropa qurumunda çıxış etməsinə şərait yaradan ermənilər bunlardır: Anait Taşçiyan, Nelli Avetisyan, Dan Vardanyan, Lusine Yagjiyan, Anna Qukasyan, Simon Magakyan, Nazik Demirjiyan, Paul Artinyan, Samuel Felk,Vic Cerami və Linda Berberyan. Bu ünsürlərin hər biri “Hayastan” fondunun fəallarıdırlar.

Bu həmin “Hayastan” fondudur ki, Qarabağda qanunsuz cinayətkar əməllərlə məşğuldur!

Yeri gəlmişkən, onu da xatırladaq ki, bu gün “Hayastan” fondu Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının nəzarət etdikləri ərazilərdə qanunsuz inşaat işləri ilə məşğul olur, habelə Ağdərədə, Xocalıda, Xankəndidə, Əsgəranda yolların salınması və s. proseslərini həyata keçirir. Belə olan halda Məhəmməd Mirzəlinin separatçılarla, düşmənlərlə əlbir olub Azərbaycan dövlətinin əleyhinə çıxış etməsi həm də onun barəsində ciddi araşdırmaların aparılması tələbini artırır. Yəni açıq-aşkar düşmən mövqeyi sərgiləyən bu ünsürün məhz Azərbaycan qanunları qarşısında cavab verməsi tələbi aktuallığa çevrilməlidir!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə