Ermənistanda hakimiyyətlə seperatçılar arasındakı qarşıdurma bizə nə verir? - EKSPERT AÇIQLADI
“Qarabağı artıq hərbi güc və qüvvənin tətbiqi ilə nəzarətdə saxlamağın qeyri-mümkün olmasının mahiyyətinə varan Paşinyan iqtidarı Qarabağla bağlı mövqeyinə kosmopolit yeniliklər etməklə Ermənistanı artıq bir tərəfdən çəkə bilmədiyi yükdən qurtarmaq, digər tərəfdən isə beynəlxalq maliyyə mərkəzlərindəki bəlli dairələrin sifarişi ilə bölgədəki geosiyasi reallıqları dəyişməyə, 2016-ci ildə BMT TŞ nin müstəvisinə keçirilmiş danışıqları ATƏT müstəvisinə qaytarmağa çalışır”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.
.jpg)
Ekspertin sözlərinə görə, Ermənistandakı rəngli inqilab və bunun nəticəsində burada baş vermiş hakimiyyət dəyişikliyi məlumdur ki, Rusiyanı qane etməyib: “Çünki Sorosun, əslində isə Rotşildlərin maliyyə dəstəyi ilə Ermənistanda hakimiyyətə yiyələnmiş Paşinyan Cənubi Qafqazda qüvvələr nisbətini məlum maliyyə və qlobal mərkəzlərin sifarişi əsasında dəyişməli, Ermənistanda Rusiya təsir imkanlarını zəiflətməklə Gürcüstan və Ukraynadan sonra Rusiya və onu dəstəkləyən qlobal maliyyə mərkəzləri üçün yeni problemlər yaratmalı idi. Türkiyə və Pakistanı Azərbaycan tərəfində oyuna çəkməklə məlum qlobal maliyyə mərkəzləri burada KTMT və NATO arasında qarşıdurma yaratmaqla Cənubi Qafqazda yeni geosiyasi mənzərə yaratmaq istəyirdilər. Rusiya və Azərbaycan tərəfinin dəqiq gedişləri nəticəsində yeni geosiyasi reallıqlar təbii ki, Qərbi qane etmədi. Azərbaycan Rusiyanın Paşinyan iqtidarından olan narazılığından məharətlə istifadə etdi. Türkiyə və Rusiya arasında qarşıdurmanın yaranmasına səbəb ola biləcək məlum planların realizə olunmasına imkan vermədi”.
E.Manafov deyib ki, Rusiya sülhməramlılarının münaqişə bölgəsinə daxil olmasına imkan verməklə, bölgədəki strateji tarazlığın pozulmasında tərəflərin heç birinin yanında yer almadi: “İndi seperatçı rejimin Paşinyana qarşı çıxış etməsi əslində Rusiya Azərbaycan münasibətlərində mövcud durumun qlobal maliyyə mərkəzlərinin xeyrinə olaraq dəyişməsinə, deməli bölgədə həm də nəqliyyat-kommunikasiya xətlərinin açılmamasına hesablanıb. Gürcüstanda olduğu kimi, burada da məqsəd Rusiyanı Abxaziya və Osetiya ətrafındakı oyunlar zamanı eyni tipli hərəkətlərə sövq etməkdir. Rusiya Qərbdə etdiyi kimi Qarabağın erməni əhalisinə Rusiya pasportları paylamaqla onları öz himayəsi altına çəkir. Nəticə etibarilə Azərbaycan bəlli qlobal maliyyə mərkəzlərinin istədiyi kimi Rusiya ilə münasibətlərə yeni ştrixlər gətirməli olur. Əslində, isə Rusiyanı MDB məkanında daha böyuk münaqişəyə cəlb etməklə onun bölgədəki mövqelərinə zərbələr endirilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB