YAP Nərimanov rayon təşkilatında hesabat-seçki yığıncağı keçirilib - FOTO

YAP Nərimanov rayon təşkilatında hesabat-seçki yığıncağı keçirilib - FOTO

YAP Nərimanov rayon təşkilatının “Əhməd Rəcəbli 25” ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. SİA-nın verdiyi məlumata görə, ərazi partiya təşkilat sədri Anar Hacıyev hesabat məruzəsi ilə çıxış edərək təşkilatın VII qurultayından sonrakı dövr ərzində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, təşkilatdakı YAP üzvləri istər ölkə səviyyəsində keçirilən tədbirlərdə, istərsə də rayon tədbirlərində fəal iştirak edirlər.

Hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılmış və ərazi partiya təşkilatının hesabatı qənaətbəxş hesab olunaraq qəbul edilib. Daha sonra partiya təşkilatının rəhbər orqanlarının yeni tərkibi seçilib.

İclasda iştirak edən YAP üzvləri səsvermə yolu ilə Səyamək Əminzadə ərazi partiya təşkilatının sədri, Emil Əsgərov isə sədr müavini seçilib.

Yığıncaqda çıxış edən YAP Nərimanov rayon təşkilatının əməkdaşı hesabat məruzəsini və ərazi partiya təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndirib.

YAP Nərimanov rayon təşkilatının əməkdaşı Vüsal Əliyev yeni seçilmiş sədr və müavinləri təbrik edərək, işlərində uğurlar arzulayıb və iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə