"Ermənistan əhalisinin maddi rifahı arta bilər, əgər..." - DEPUTAT MÖVQE BİLDİRDİ

"Müharibəyə qədər Ermənistanda istər iqtisadi, istər sosial vəziyyət gündən-günə pisləşirdi və əhalinin dolanışıq problemi onsuz da var idi. Bu tip problemlər getdikcə düzəlmək əvəzinə daha da kəskinləşirdi. Təbiidir ki, müharibədən sonra bu problemlər daha da pisləşdi". Bunu SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.

O, qeyd edib ki, onlar müharibə etməklə xeyli insan resurslarını itirdilər, iqtisadiyyatları da daha da pisləşdi: "Bir il ərzində onlar biabırçı məğlubiyyətlə üzləşdilər. Onlar BMT-nin 4 qətnaməsini və Avropa strukturlarını qəbul etmirdilər. Təbiidir ki, bunlar özləri nə etdiklərinin fərqində deyildilər. Sağ əl bilmir, sol əl nə edir. Buna görə də, bunlarda belə xaotik vəziyyət hökm sürür. Elementar olaraq müharibədə ölənlərin dəfn edilməsi məsələsini yerinə yetirmirlər".

Rüfət Quliyev Ermənistanın özündə və diasporunda ciddi bir gərginlik olduğunu bildirib və bu barədə fikirlərini belə izah edib: "Bu gərginliyin nəticəsi olaraq insanlar Ermənistandan qaçır. Artıq aldığımız məlumata görə, bu il 150-200 minə yaxın insan Ermənistanı daimi olaraq tərk edib. Ermənistanda böyük demoqrafik problem yaşanır. Yəni əhalinin sayı azalır, insanlar qaçır və narazılıqlar artır, xalq müflisləşir. Bəziləri isə kəskin varlanır. Yəni 300-500 adam bu məsələlərdə qazanaraq milyarderə çevrilir. Amma xalq işsizləşir və müflis olur. Ermənistanda bir problem də hakimiyyətin öz mövqeyini ortaya qoya bilməməsidir. Çünki hökumət xarici təsirlərin altındadır. Digər bir xətaları Rusiyaya qarşı siyasətə başlamalarıdır. Təbii ki, Rusiya öz nüfuzunu, rolunu bilir və prezidentlərinin imzasına hörmət qoyur. Düşünürəm ki, bu xaos getdikcə daha da artacaq. Ta ki, Azərbaycanla heç olmasa qonşuluq əlaqəsi qurub onun iqtisadi layihələrinə qoşulanadək. Əgər bunu etsələr, onda Ermənistan əhalisinin maddi rifahı arta bilər".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...