"Azərbaycan yaxın qonşusu İranla uyğun dildə danışa bilib" -SİYASİ ŞƏRHÇİ MÖVQE BİLDİRDİ
"İran Azərbaycanın yaxın qonşusudur. İstənilən halda, biz İran ilə dinc qonşuluq əlaqələrini davam etdirməliyik. Bunu İran da başa düşür. Düzdür, son zamanlar Ermənistan ilə əlaqələrdə artım diqqətdən qaçmayıb. Ümumiyyətlə, Azərbaycan torpaqlarını azad etdikdən sonra İran tərəfindən aqressiv münasibət müşahidə olunurdu". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

O,qeyd edib ki,Azərbaycan isə diplomatik dildə İrana başa salmağa çalışırdı ki, Azərbaycan ilə bu tonda danışmaq, belə tərzdə davranmaq olmaz. Təəssüflər olsun ki, bəzi İran rəsmiləri, dini təmsilçilər hədlərini aşan açıqlamalar verdilər. Təbii ki, Azərbaycan da bunlara uyğun cavab verdi.
Azər Həsrət bu barədə fikirlərini belə izah edib: "İndi İranın son vaxtlar, hətta son günlər deyərdim yumşalması, vəziyyəti daha ağıllı dərk etməsi müşahidə edilir. Hiss olunur ki, İran rəsmiləri Azərbaycan ilə münaqişə və mübahisə vəziyyətindən uduşlu çıxa bilməyəcəklərinin fərqindədirlər. Ona görə də son vaxtlar daha yumşaq, daha diplomatik, daha dostyana ismarıclar gəlməkdədir. Şahin Mustafayevin ora səfəri çərçivəsində,doğrudan da, yumşalma, istiləşmə müşahidə edilməyə başlayıb. Bu isə ondan xəbər verir ki, Azərbaycan dövləti özünün yaxın sərhəd qonşusu olan İran ilə uyğun dildə danışa bilib. Əlbəttə, başa sala bilb ki, bizimlə güc mövqeyindən yox, dinc qonşuluq mövqeyindən çıxış etmək daha məqsədə uyğundur. Belə başa düşülür ki, İran tərəfindən bu anlaşılıb. Bu baxımdan prezidentlərin görüşü istisna deyil. Azərbaycan rəsmilərinin, İran rəsmilərinin gəliş- gedişi gözləniləndir. Mən hesab edirəm ki, İran tərəfi, sadəcə olaraq, Azərbaycan tərəfi ilə münasibətləri normallaşdırmaqla kifayətlənməməlidir. Bizim cənubi Azərbaycandakı soydaşlarımızın ən primitiv insan haqları ayaqlar altındadır. İran bütün bunları nəzərə almalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB