Yaxud, erməni terrorçusu Norayr Mizroyan Azərbaycan qanunları qarşısında cavab verməlidir!
Məlum olduğu kimi, bu gün səhər saat 07:00 radələrində Rusiya sülhməramlıları kontingentinin (RSK) nəzarəti altındakı blokpost tərəfindən Azərbaycan həbrçilərinin blokpostuna əl qumbarası atılıb. Nəticədə Xankəndi-Laçın avtomobil yolu giriş və çıxışlı olaraq hər iki tərəfdən bağlanıb. İnsident Şuşa şəhərinin yaxınlığında baş verib. Terrorun əvvəllcədən planlaşdırılmasıını sübut edən daha bir fakt budur ki, hadisə baş verər-verməz erməni mediaları hadisəni törədənin guya noyabrın 8-də şəhərin yaxınlığında məhv edilmiş digər erməni təxribatçısı Martik Yeremyanın qardaşı olduğunu yazıblar.
Terrorçu Norayr Mizroyan noyabrın 8-də məhv edilmiş diversant Martik Yeremyanın qardaşı deyil!
SİA xəbər verir ki, bu feyk məlumatı ermənilərin times.am saytı yazıb və digər erməni informasiya mənbələri həmin feyk xəbəri tirajlamağa başlayıblar. Lakin aparılan araşdırmalardan sonra məlum olub ki, terrorçu nəinki noyabrın 8-də məhv edilmiş diversant Martik Yeremyanın qardaşı deyil, o 44 günlük müharibə zamanı qanunsuz erməni silahlı birləşmələri tərəfində Azərbaycana qarşı döyüşmüş aşkar erməni terrorçusudur. Onun adı və soyadı isə Norayr Mirzoyandır.
Aşağıda terrorçunun şəkillərini təqdim edirik:



İnsident isə belə baş verib – erməni terrorçusu taksidə RSK-nin blokpostuna daxil olduqdan sonra anidən çıxardığı qumbaranı Azərbaycan hərbçilərinin dayandıqları blokposta tərəf atıb. İlkin məlumatlara görə, terror aksiyasının törədilməsi zamanı minimum bir nəfər azərbaycanlı hərbçi yaralanıb. Onun həyatına təhlükənin olmadığı da bildirilir.
RSK üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmir!
Baş vermiş hadisə isə artıq belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, RSK üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmir və eyni zamanda, Azərbaycanın ərazisində törədilmiş cinayət hadisəsinə görə də RSK-nın həmin cinayətkarı mühakimə etməyə ixtiyarı yoxdur!

Başqa tərəfdən, SİA-nın daha əvvəllər də yazdığı informasiyalarına və analitik yazılarına görə, RSK-nın nəzarəti altındakı bölgələrdə qanunsuz erməni silahlıları əl-qollarını sallayaraq müxtəlif tipli silahlarla rahat şəkildə gəzirlər və eyni zamanda, Laçın dəhlizində də ciddi nəzarətlər aparılmadığına görə, Ermənistandan Qarabağa kütləvi silah-sursat və terrorçu axını davam etməkdədir. Əvvəllər mövzu ilə bağlıı gedən yazıların və informasiyaların çox az bir qismini təqdim edirik:
https://sia.az/az/news/politics/899918.html
https://sia.az/az/news/politics/906828.html
https://sia.az/az/news/articles/906275.html
https://sia.az/az/news/politics/906566.html
https://sia.az/az/news/politics/899673.html
https://sia.az/az/news/articles/892833.html
https://sia.az/az/news/politics/889761.html
https://sia.az/az/news/politics/887470.html
https://sia.az/az/news/articles/887247.html
Bu isə regionda sülhün bərqərar olmasına ciddi maneələr törədir və qarşısının alınması zərurətə çevrilir. Bütün bunlar Azərbaycanın RSK-ya nəyə görə rəsmi mandat verməməsi səbəblərini bir daha ortaya çıxarmış olur.
Terrorçunun mühakiməsinə gəldikdə isə onun dərhal Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verilməsi tələb kimi qoyulmalıdır. O Azərbaycanın qanunları qarşısında cavabını almalıdır.
Onu da qeyd edək ki, artıq Qarabağ separatçıları bu gün RSK-nın Xankəndidəki rezidensiyası qarşısına toplaşaraq onun azadlığa buraxılması çarğırışlarını etməyə başlayıblar. Söz yox ki, insidentin bundan sonrakı səbəbləri ətrafında məhz RSK düşünməli və nəticə çıxarmalıdır. Azərbaycanın isə səbri artıq tükənir!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB