"Sülhməramlılar humanitar missiyanın da lap ağını çıxardıblar" - POLİTOLOQ ŞƏRH ETDİ

“Son 18 ildə Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, informasiya müharibəsinin yaradılmasında xüsusi xidmət göstərib. Azərbaycan Prezidenti İtaliya mətbuatına verdiyi müsahibədə kifayət qədər ölçülü suallara cavab verdi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, Rusiya sülhməramlıları ilə də bağlı cənab Prezident ümumən razılığını bildirib: “Amma, bəzi nüansları və nöqsanları ümumi şəkildə deyib. Amma bir qədər geniş toxunmaq lazımdır. Cənab Prezident bir dövlət başçısı kimi Azərbaycan-Rusiya münasibətlərinin korlanmasını istəmir. Bu da təbiidir. Çünki, Azərbaycan dövlətinin xarici siyasətində qonşu dövlətlərlə sıfır problem siyasətini gündəmə gətirib və çalışır ki, həmin dövlətlərlə xarici siyasətdə balans gözlənilsin. Amma bunlara baxmayaraq, hadisələri bir balaca analiz edəndə görürük ki, əslində rus sülhməramlıları öz missiyalarını yerinə yetirmirlər. Birincisi, bunlar Azərbaycan və Ermənistanın razılığı ilə Azərbaycan ərazisinə yerləşiblər, ərazi Ermənistanın deyil. Yəni, burada əsas önəmli razılıq Azərbaycanınkıdır. İkincisi, bunlar BMT nizamnaməsinin yəni, 6-cı və 7-ci fəslinə uyğun olaraq fəaliyyət göstərməlidirlər. Təəssüf ki, 36-46-cı maddələri əhatə edən yəni, bu fəsillərin əksər maddələrini Rusiya sülhməramlıları pozur. Yəni, bunlar sülh yaradıcı yox, daha çox məcburedici siyasətdən istifadə edirlər və təəssüf ki, bu məcburedicilik Ermənistan silahlı qüvvələrinə aid deyil”.

Politoloq sözlərinə belə davam edib: “Onlar necə sülhməramlıdır ki, gələndən sonra hələ də Ermənistanın silahlı qüvvələri Azərbaycan ərazisindədir. Halbuki o üçtərəfli bəyanatda öz əksini tapmışdır ki, onlar çıxmalıdır. Onlar hələ çıxmayıb. Lap, orada min nəfər də olsa bu qanunsuzdur. Harada görünür ki, sülhməramlılar sülhyaradıcı yox, humanitar missiya ilə məşğul olsun. Bunlar humanitar missiyanın da lap ağını çıxardıblar. Tikinti işi aparırlar, səhiyyə ilə məşğuldurlar, təhsillə, təşkilati işlərlə məşğul olurlar, kütləvi tədbirlərin keçirilməsi ilə məşğul olurlar və s".

“Fransa parlamentinin nümayəndəsi Azərbaycanın icazəsi olmadan orada nə gəzir?! Ermənistanın rəsmi nümayəndələri yenə də buralardadır.

“Bunların rəhbərlərinin son zamanlar yəni, tez-tez dəyişməsi də ona dəlalət edir ki, Rusiya sülhməramlıları istədikləri məqsədi əldə edə bilməyiblər. Yəni, nə Azərbaycan Ordusu, nə Azərbaycan Prezidenti onlara belə bir imkan verməyib. Bunlar açıq qarşıdurmaya getməkdən də çəkinirlər, çünki, burada mandatları yoxdur. Azərbaycanın razılığı ilə olur, o mandat da ancaq üçtərəfli bəyanatlardır.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə