"Paşinyana qarşı olan hücumların qarşısında bu durur" - POLİTOLOQ AÇIQLADI
“Əslində Ermənistanda gedən proseslər bilavasitə real proseslərdir. Paşinyan ikinci dəfə hakimiyyəti götürəndən sonra Ermənistanda yerli ermənilərlə Qarabağdan köç edən ermənilər arasında çox ciddi qarşıdurma yaranıb”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, burada xüsusilə Köçəryan-Sarkisyan cütlüyü böyük əhəmiyyət daşıyır: “Çünki Ter-Petrosyan bu məsələlərə loyal yanaşır. Köçəryan bildiyimiz kimi Rusiyanın adamıdır. Sarkisyan 1990-cu ildə Ermənistanın müdafiə naziri seçiləndə Xankəndini lağa qoyurdular ki, santexnik, kanalizasiya ilə məşğul olan bir adam oranı kanalizasiyaya döndərəcək. Elə belə də oldu. Paşinyana qarşı olan hücumların da qarşısında məhz bu durur. Çünki xüsusilə Ermənistanın hərbi elitası müharibədən çox böyük gəlirlər götürürdü. Həmin gəlirlər artıq dayanıb. Rusiya da kifayət qədər artıq Ermənistanın yanında deyil. Bu da ona görə də Ermənistanın oliqarxlarını nəinki narahat edir, artıq onları quduzlaşdırıb.
Ermənistan bildiyimiz kimi dövlət kimi artıq mövcud deyil. Bu həm iqtisadi, həm də siyasi cəhətdən 4 dövlətin əlindədir. Belə bir şəraitdə Ermənistan heç bir hərəkət edə bilməz. Ermənistan xalqı ola bilər ki, qarşıdurmaya getsin, ola bilər ki, aksiya keçirtsinlər. Amma Paşinyanın hakimiyyətdən getməsi mümkünsüzdür. Çünki bunu ABŞ istəmir. Ona görə də orada baş verəcək mitinqlərdə Paşinyanın hakimiyyətdən getməsini proqnozlaşdırmıram”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB