"Artıq erməni bizim qarşımızda başını dik qaldıra bilməyəcək" - POLİTOLOQ ŞƏRH ETDİ

"Artıq erməni bizim qarşımızda başını dik qaldıra bilməyəcək" - POLİTOLOQ ŞƏRH ETDİ

“44 gülnük Vətən müharibəsində qazanılan zəfərin tariximizdə yeri çox böyükdür. Bunu hər hansı bir sözlə ifadə etmək çətindir. Azərbaycan xalqı 200 ilə yaxın idi ki, qalibiyyətə həsrət idi. Ermənilər bölgəyə köçürüldükdən sonra bir çox ölkələrin təhriki və köməkliyi ilə Azərbaycan torpaqlarında kompakt halda məskunlaşdılar. Daha sonra isə Azərbaycan torpaqlarında ermənilərə dövlət quruldu”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Politoloq qeyd edib ki, 44 günlük müharibənin nəticəsi Qafqazda mövcud olan 200 illik geosiyasi konfiqurasiyanın dağıdılmasıdır: “İranın və Rusiyanın başçılığı altında regionda 200 ildir davam edən proseslər kənarlaşdırılaraq Azərbaycan və Türkiyənin dominantlığı ilə yeni geosiyasi və geoiqtisadi münasibətlərin əsası qoyuldu. Düz 100 il idi ki, ermənilər Azərbaycanın əzəli torpaqlarına göz qoyublar və nəhayət, 90-cı illərdə öz havadarlarının köməkliyi ilə Azərbaycan torpaqlarını işğal etməyi bacardılar. Əsas məqsədləri də bundan sonra digər Azərbaycan torpaqlarını işğal etmək və dənizdən-dənizə konsepsiyalarını həyata keçirməkdən ibarət idi. Lakin Prezident İlham Əliyevin başçılığı altında Azərbaycan illər ərzində dayanmadan, səssizcə həm hərbi, həm diplomatik, həm də informasiya istiqamətində Ermənistan üzərində qalibiyyət üçün lazım olan siyasəti aparırdı. Heç təsadüfi deyil ki, Prezident İlham Əliyev 2003-cü ildə ilk dəfə prezident kimi and içdimə mərasimində and içərkən işğal altındakı torpaqları geri qaytaracağı ilə bağlı söz vermişdi”.

Z.Məmmədov vurğulayıb ki, göründüyü kimi İkinci dünya müharibəsindən sonra Azərbaycan məhz Ali Baş Komandanın başçılığı altında ilk dəfə BMT TŞ-nin üzvü olan dövlət kimi məhz hərbi əməliyyatlar nəticəsində öz məqsədinə çatmış oldu: “Bu 44 günlük müharibə həm də onu göstərdi ki, Azərbaycan xalqı mübarizdir, qəhrəmandır və hər bir qarış torpağı uğrunda bundan sonra da mübarizə aparmağa hazırdır. Bu mübarizənin nəticəsi olaraq erməni mifinin məhv edildiyini, ermənilərə ciddi hərbi və mənəvi zərbə vurulduğunu da görmüş olduq. Artıq dünyanın harasında yaşamasından asılı olmayaraq heç bir erməni bundan sonra başını bizim qarşımızda dik qaldıra bilməyəcək”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə