İranın Azərbaycanla bağlı “narahatçılığı”…

İranın Azərbaycanla bağlı “narahatçılığı”…

İran xarici işlər naziri Hüseyn Əmir Abdollahian İsrailin Qarabağ ətrafında yaranmış vəziyyətdən öz maraqları naminə istifadə edərək İranın sərhədlərinə yaxınlaşmaq istəyindən “narahat” olduğunu bildirib. Onun sözlərinə görə,

Qarabağın azad edilməsindən sonra “təəssüfləndirici” hadisələr baş verdi. İsrail də bu fürsətdən maksimum istifadə edərək İranın sərhədlərinə yaxınlaşmaq üçün Azərbaycanın bir sıra bölgələrində öz varlığını qurdu(?).

Qeyd edək ki, bunu İRNA agentliyi Abdollahianın dediklərinə istinadən bildirib.

Xatırladaq ki, bundan əvvəl İran silahlı qüvvələri ölkənin şimal -qərbində Azərbaycanla sərhəd yaxınlığında hərbi təlimlər keçirib.

Məsələ bundadır ki, İran hakimiyyəti Azərbaycanın Tehranın regional rəqibi olan İsraillə sıx hərbi əməkdaşlıq etməsindən “narahatlıq ifadə edib”. İran Azərbaycanla İsrail arasında bu cür əməkdaşlığın Bakının maraqlarına uyğun olmadığını bildirir. Guya bu əməkdaşlıq Azəbaycanın mövcudluğunu təhdid edir.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə