Diplomatiya tarix boyunca hər bir dövlət üçün xüsusi əhəmiyyətli fəaliyyət sahələrindən biri olmuşdur. Qədim tarixi və zəngin dövlətçilik ənənələri olan Azərbaycanın da diplomatiya tarixi olduqca parlaq keçmişə malikdir. Albaniya, Atabəylər, Şirvanşahlar, Qaraqoyunlu və Səfəvi dövlətlərinin, Azərbaycan xanlıqlarının diplomatik fəaliyyətləri Azərbaycanın diplomatiya tarixinin şanlı səhifələrindəndir. XX əsr isə bütövlükdə Azərbaycan diplomatiyasının tarixində xüsusi mərhələ təşkil etmişdir.
Müsəlman şərqində ilk demokratik respublika Azərbaycanda qurulmuş və böyük diplomatik uğurlara imza atmış, 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyi yaradılmışdır.Ölkə başçısı cənab İlham Əliyevin 2007-ci il 24 avqust tarixli Sərəncamına əsasən hər il bu tarix – iyulun 9-u Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Azərbaycanın müstəqilliyini təmin edən atributlardan biri xarici siyasətidir.
Azərbaycanın sağlam xarici siyasəti olmalıdır, düşünülmüş xarici siyasəti olmalıdır, uzaqgörən xarici siyasəti olmalıdır, elə xarici siyasəti olmalıdır ki, Azərbaycanı dünya dövlətləri birliyinə bağlasın, Azərbaycanın bütün dövlətlərlə əlaqəsini, Azərbaycanın mənafeyini təmin etsin və Azərbaycanı dünya miqyasında müstəqil dövlət kimi tanıtmağı təmin edə bilsin”.Məhz bu uğurlu siyasətin nəticəsidir ki, ötən il Azərbaycan tarixinin ən şanlı dövrünü yaşadı, 44 günlük Vətən savaşında dostlarının və düşmənlərinin kimlərdən ibarət olması aşkar şəkildə göründü. Ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən müharibə dövründə bizə bir çox ölkələr aşkar şəkildə dəstək oldular, işğaldan azad olunan torpaqlarımızın bərpa və quruculuq işlərində Azərbaycana öz dəstəklərini göstərməkdədirlər. Həmçinin, bir sıra beynəlxalq əhəmiyyətli layihələrin reallaşdırılması ilə Azərbaycan Respublikası Cənubi Qafqazın ən güclü dövlətinə çevrilmişdir.
Bütün bunlar ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət kursu bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu diplomatiyasının nəticələridir. Ölkə Prezidenti bu barədə demişdir: “Azərbaycan xarici siyasət sahəsində böyük uğurlar əldə edib. Biz beynəlxalq arenada öz milli maraqlarımızı bundan sonra da müdafiə edəcəyik. Biz bu gün dünyada çox böyük hörmətə malik olan ölkə kimi tanınırıq. Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır”.
“Bizim xaricdəki bəzi diplomatlarımız fəaliyyət göstərdikləri ölkələrin elçilərinə çevrilirlər”
“Bizim xaricdəki bəzi diplomatlarımız fəaliyyət göstərdikləri ölkələrin elçilərinə çevrilirlər. Buna son qoyulmalıdır. Bu da yanlış kadr siyasətinin təzahürüdür. Bəzi diplomatlar dövlətə xəyanət ediblər, satqınlıq ediblər və bunu gizlətmirlər. Yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədirlər. Bizdə kifayət qədər məlumatlar var. Bu gün Azərbaycana qarşı çirkin kampaniya aparan, özünü azərbaycanlı kimi təqdim edən, əslində, ermənilərdən də pis olan ünsürlərin mütləq əksəriyyəti yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədir. Onlardan pul və təlimatlar alırlar. Bizdə bu məsələ ilə bağlı kifayət qədər məlumatlar var. Bizim xüsusi xidmət orqanlarımız tərəfdaş ölkələrin xüsusi xidmət orqanlarına dəfələrlə bu haqda məlumatlar vermişlər. Demişlər ki, biz bilirik, filan adamı siz istiqamətləndirirsiz, filan adama siz ev vermisiniz, filan adamın çirkin çıxışları sizin idarənizdə yazılır. Biz bütün bunları bilirik”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib.“Bunun da məqsədi Azərbaycanı zəiflətmək, Azərbaycanı sarsıtmaq, Azərbaycanı ləkələmək, Azərbaycan rəhbərləri haqqında olmayan yalanları yaymaqdır. Ancaq həyat artıq göstərir ki, bunun heç bir əhəmiyyəti yoxdur. Çünki Azərbaycan xalqı hər şeyi yaxşı bilir. Bilir ki, bu gün bizim fəaliyyətimizdə Azərbaycan xalqının maraqları hər şeydən üstündür”.
Arif Məmmədovun xəyanətkar iddiası…
Dövlət başçısının bir qrup əməkdaşlara diplomatik rütbələrin verilməsi haqqında sərəncamından sonra satqın, erməniyə nökərçilik edən keçmiş “diplomat” Arif Məmmədov sosial şəbəkələrdən xəyanətkar iddialı çıxışlar edir. Ermənistan mediası və sosial şəbəkələri Azərbaycanla bağlı böhtanlı məlumatları “etibarlı mənbə” kimi Arif Məmmədova istinad edir. Maraqlı mənzərə yaranır. Nə istəyir Arif Məmmədov? O iddia edir ki, guya bir sıra ölkələrdə azərbaycanlılarla ermənilər arasındakı münaqişənin səbəbkarı Azərbaycan hökumətidir və bununla hazırkı rəhbərlik daxili problemlərdən fikirləri yayındırmağa çalışır. Və bu da təəccübli deyil, çünki özünü “ağıllı diplomat” kimi təqdim etməklə Azərbaycan xalqına, Azərbaycan hökumətinə qara yaxmaq, xainliyini açıq-aşkar biruzə verməklə məşğuldur. Bir zamanlar diplomatik statusda olan Arif Məmmədov Azərbaycan haqqında, hökumət barədə belə fikirlər səsləndirmirdi. İndi isə baş verən bütün məsələlərdə günahı Azərbaycan hökumətində və xalqında görür. Yeri gəlmişkən o, dövlətə külli miqdarda ziyan vurmaqda, büdcə vəsaitlərinin qanunsuz istifadəsində ittiham olunaraq, beynəlxalq axtarışa verilib. Məncə artıq şərhə ehtiyac yoxdur. Arif Məmmədovun bütün yayımlarında isə ermənilər “ürək” atır. Qısası, Arif Məmmədovun səhifəsi əsl “ermənixanadı”.
Bəs Arif Məmmədov kimdir?
Kimliyini hamı bilir. 2000-ci ildə Arif Məmmədov Belçikanın Brüssel şəhərində yerləşən Azərbaycan Respublikasının Avropa İttifaqındakı daimi nümayəndəliyinin rəhbəri oldu. O, 2006-cı ilədək bu vəzifədə çalışıb. Elni zamanda o, 2004-2006-cı illərdə Azərbaycanın Belçika, Niderland və Lüksenburqdakı səfiri olub. 2007-ci ilin yanvarından 2012-ci ilin sentyabrınadək Arif Məmmədov Fransanın Strasburq şəhərində yerləşən Azərbaycan Respublikasının Avropa Şurasındakı Daimi Nümayəndəliyinin rəhbəri olub.2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev onun “fövqəladə və səlahiyyətli səfir” diplomatik rütbəsindən məhrum edilməsi barədə sərəncam verib.İllər ərzində o, dövlətə külli miqdarda ziyan vurmaqda, büdcə vəsaitlərinin qanunsuz istifadəsində ittiham olunaraq, beynəlxalq axtarışa verilib. O, Azərbaycan xalqına qarşı ermənilər kimi nifrət bəsləyir, Azərbaycanın suverenliyindən qıcıqlanır və mənfur, qaniçən, qoca, uşaq, qadını qətlə yetirən, Xocalı soyqırımını törədən, Azərbaycan ərazilərini işğal edən, bir milyondan çox insanın yurd-yuvalarından didərgin düşməsinə səbəb olan erməniləri azərbaycanlılardan üstün tutduğunu açıq şəkildə bəyan edir.
Budur, çörəyi dizinin üstündə olmaq. Bax, budur A.Məmmədovun xisləti. Əsl həqiqətləri sivil formada dünyaya bəyan etmək imkanlarımız daha da genişləndiyi bir zamanda içimizdən çıxan xain A.Məmmədov erməni təəssübkeşliklərini ortaya qoyur və Azərbaycanın uğurlarına kölgə salmaqla, dünyada etibarlı tərəfdaş kimi qəbul olunmasına qarşı çıxmaq istəyən qüvvələrə dəstək verməklə kimlərə "xidmət” etdiyini nümayiş etdirir. Xüsusilə də, son günlər işğalçıya, terrorçuya haqq qazandırmaqla, dünyanın gözü qarşısında baş verən hadisələrə görə Azərbaycanı ittiham etməklə əsl riyakarlığını bir daha ortaya qoyur. Bu məxluq xalqımızın haqq davasına qara yaxaraq, işğalçının cinayət əməllərinə haqq qazandırmaq kimi sərsəm fikirlər səsləndirməklə cinayətkarların etdiklərini Azərbaycanın üzərinə atmağa çalışır. Necə ola bilər ki, bir insan əzizlərini, yaxınlarını vəhşicəsinə qətlə yetirən, xalqına qarşı soyqırımı aktları həyata keçirən terrorçuya dəstək olsun?! İnsan nə dərəcədə xalqına, dövlərinə nifrət etməlidir ki, əli millətinin qanına batan erməni ilə hərməy olsun?! Nə yazıq ki, belə riyakarlarımız, xalq düşmənlərimiz də var və indiyədək kimlər tərəfindən "bəslənildikləri” açıq-aşkar üzə çıxır. Düşmən onlardan Azərbaycana qarşı silah kimi istifadə etdiyini billə-bilə yenə də hər şeylərini qrantlara satmağa hazır olduqlarını bir daha nümayiş etdirirlər. Əgər belə olmasaydı, Ermənistanın işğalçılıq siyasətinə görə həmrəylik nümayiş etdirən, xaricdə səfirliklərimizi, bayrağımızı, milli qürurunu müdafiə edən, Qarabağ deyib orduya və dövlətə dəstəyini bildirən azərbaycanlılara xaincəsinə hücum etməzdilər.
Amerikalı yazıçı Paul Austerin xəyanətkar və satqınlar haqqında gözəl bir fikri var: “Sənə bir dəfə xəyanət edəni bağışlasan, səni yenə istifadə edər. Çünki xəyanət bir ruh halı deyil, xarakterin tökülüş formasıdır”. Azərbaycana nifrət edən bu şəxslərin əsl üzü budur – “Vətən üçün pis olan, mənə faydalıdır”. Onlar şəxsi maraqlarını dövlətin və xalqın maraqlarından üstün tutduqları üçün mənəvi nöqteyi-nəzərdən xəyanətkardan və fəraridən başqa biri deyillər. Belələrini isə xalq heç vaxt bağışlamayacaq!
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB