Azərbaycana ekoloji zərər vurmaq Ermənistanın köhnə siyasətidir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Mərkəzin rəhbərinin sözlərinə görə, ermənilər özləri indi səs-küy salırlar, guya ki, Azərbaycan Qarabağda yaşayan ermənilərin su yollarını kəsir, amma, görürük ki, özləri yenə də təxribatla məşğuldurlar.
“Çaylarımızı ermənilər zəhərləyirlər. Onların işlətdikləri Atom Elektrik Stansiyası özü də bölgəyə bir təhlükədir. Mən düşünürəm ki, bunların qarşısı alınmalıdır. Azərbaycan artıq Almaniyaya da müraciət edib. Çünki, orada çayımızı, Oxçuçayı zəhərləyən bir alman şirkəti də var. Bu məsələni biz Avropadan da tələb etməliyik. İranın özü ilə də bu məsələni məsləhətməşməliyik, çünki, çayın ekoloji cəhətdən çirkləndirilməsi İranın özünə zərər verir.
Buna əgər son qoyulmursa, Almaniya tərəfi, Ermənistan tərəfi bizim buna son qoymaları barədə çağırışlarımıza diqqət yetirmirlərsə, həmin o şirkəti müəyyənləşdirib beynəlxalq məhkəməyə vermək lazımdır. Bunun başqa yolu yoxdur. Almaniya onsuz da ikili siyasətini davam edir. Məsələn, başqa bir çox ölkələrin səfirləri Azərbaycanda azad olunmuş bölgələrə səfər ediblər, vəziyyətlə tanış olublar, amma Almaniya səfiri Bakıdan heç yana tərpənmir, heç bir səfərlərdə digər həmkarlarını müşayət eləmir. Bu özü də Almaniyanın Azərbaycana saymazyana münasibətidir. Əgər belə münasibət bəsləyirlərsə, biz həmin şirkəti beynəlxalq məhkəməyə verməliyik", deyə Elxan Şahinoğlu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB