“Bu, Azərbaycan dövlətinin və cənab Prezidentin növbəti qələbəsidir” POLİTOLOQ ŞƏRH ETDİ

“Bu, Azərbaycan dövlətinin və cənab Prezidentin növbəti qələbəsidir” POLİTOLOQ ŞƏRH ETDİ

Fizuli və Zəngilan rayonları üzrə mina xəritələrinin Ermənistan tərəfindən Azərbaycana verilməsini bir neçə istiqamətdə təhlil etmək lazımdır. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Anar Əliyev deyib.

Politoloq vurğulayıb ki, birincisi bu, xəritələrin əldə edilməsi Azərbaycan dövlətinin və bu dövlətin lideri cənab Prezident İlham Əliyevin Ermənistan üzərində növbəti bir qələbəsidir və bu uğurların, bu qələbələrin davamlı olcağını düşünürəm və faktiki nəticələrini isə biz növbəti rayonlar üzrə mina xəritələrinin təhvil verilməsi istiqamətində addımların atılmaslnda görəcəyik.

“Mən hesab edirəm ki, burada çox mühüm amillərdən biri məhz Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərindən sonra Nikol Paşinyan və onun partiyasının inamlı qələbə çalması, təkbaşına hökuməti formalaşdırmasından sonra Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi istiqamətində atılmış ilkin addımlardır və bu addımlar onu deməyə imkan verir ki, Paşinyan və onun komandası bundan sonra da Azərbaycan və Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması, münasibətlərin düzəlməsi istiqamətində bir çox istiqamətli, eyni zamanda mina xəritələrini əhatə edən addımların atılmasında biz növbəti irəliləyişləri müşahidə edə biləcəyik. Digər bir məsələ, mən hesab edirəm ki, çox mühüm amillərdən biri məhz Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi, sülh münasibətlərinin formalaşması, eləcə də Qarabağ bölgəsində sülhməramlı missiyanın həyata keçirilməsi məsuliyyətini öz üzərinə götürən Rusiyanın son dövrlər Qərbi Avropa dövlətləri və Amerikanın aktivləşməsi, Qafqazda aktivləşməsi fonunda növbəti gedişi, növbəti addımı kimi qiymətləndirməliyik. Çünki, bildiyimiz kimi, birinci dəfə mina xəritələrinin təhvil verilməsi Amerika dövlətinin təşəbbüsü və Gürcüstanın vasitəçiliyi ilə həyata keçirilmişdi. Ona görə də sürə Qafqazda mövqelərini möhkəmləndirmək və proseslərə nəzarəti öz üzərində saxladığını nümayiş etdirmək üçün belə bir uğurlu gediş etdi və Ermənistan tərəfindən mina xəritələrinin, Fizuli və Zəngilan rayonları üzrə mina xəritələrinin alınıb Azərbaycana təhvil verilməsi istiqamətində uğurlu bir addıma imza atmış oldu.

Mən hesab edirəm ki, mina xəritələrinin Azərbaycan tərəfinə təhvil verilməsi diplomatiyada çox geniş bir yanaşma, çox geniş bir termin kimi istifadə olunan Primary indication, yəni ilşin işartı, ilkin əlamət kimi qiymətləndirilməlidir və bu ilkin işarə onu deməyə imkan verir ki, bundan sonra biz tədricən Ermənistanla Azərbaycan arasında bir çox istiqamətləri əhatə edən əlaqələrin qurulması, xüsusilə də Zəngəzur dəhlizinin açılması istiqamətində uğurlu addımların şahidi olacağıq.

Mina xəritələrinin verilməsi həm də Qarabağ bölgəsində Azərbaycan dövlətinin həyata keçirdiyi yenidənqurma və quruculuq işləri, bərpa işlərinin çox sürətlə həyata keçirilməsi və vıtındaşlarımızın Qarabağdan köçkün düşən insanlarımızın öz dədə-baba yurdlarına qayıdışını daha da sürətləndirəcəkdir. Bu, Azərbaycan dövlətinin regionda nüfuzunu, regionda prosesləri idarəetmə imkanlarını daha da genişləndirəcək və mən hesab edirəm ki, bundan sonra da biz belə uğurlu gedişlərin, belə uğurlu addımların şahidi olacağıq”, deyə Anar Əliyev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə