"Hraparak": Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq sazişə imza atacaq Ordu geri çəkilir!

Ermənistan tərəfi silahlı birləşmələrini geri çəkməyə hazırlaşır, Azərbaycanla danışıqlar aparılır. SİA xəbər verir ki, bu barədə erməni KİV-ləri Ermənistan respublikası silahlı qüvvələrinin Baş qərargah rəisi Artak Davtyana istinadən yazır.

Bu iddianın növbəti sübutu “Hraparak” qəzeti tərəfindən də göstərilir. Adıçəkilən nəşr yazır ki, Ermənistanın sərhədyanı əraziləri Rusiya sülhməramlıların nəzarətlərinə veriləcək.

Qəzet onu da xəbər verir ki, Nikol Paşinyan sentyabr ayında Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı sazişə imza atacaq.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə