Ermənistanda azərbaycanofobiya:

Ermənilərin müharibədən əvvəlki və postmüharibə dövründəki ritorikasında nifrət nitqi, hesabatının ingilisdilli versiyası hazırlanıb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi “Ermənistanda azərbaycanafobiya: Ermənilərin müharibədən əvvəlki və postmüharibə dövründəki ritorikasında nifrət nitqi” adlı hesabatı ingilis dilinə tərcümə edərək ictimaiyyətə təqdim edib. Mərkəzin mətbuat xidmətindən SİA-ya hesabatı müxtəlif dillərə tərcümə etməkdə məqsəd mövzuya qlobal mənada daha geniş oxucu kütləsinin diqqətini cəlb etməkdən ibarətdir.

Materialda ermənilərin müharibədən əvvəl və sonrakı ritorikasında azərbaycanofobiyanın təzahürü araşdırılır. Bu siyasət onların mülahizələrində ermənilərin “üstün xalq” kimi göstərilməsi, bəşəriyyətin təkamülündə müstəsna rol oynaması, istedadlı xalq şəklində ifadə edilir. Hesabatın qısa icmalında Qaregin Njdenin “Tsexakron” nəzəriyyəsinin, Ermənistan hökumətinin azərbaycanlılara və ümumiyyətlə, Azərbaycana qarşı nifrət oyandırmaq siyasətinin, erməni siyasətçilərin, ictimai xadimlərin və fəallarının müasir ritorikada nifrət nitqinin, sarkazm, nifrətin alovlandırılması, eləcə də ictimaiyyətin, sadə ermənilərin azərbaycanlılara münasibətində düşmənçilik və insan yerinə qoymamaq münasibətlərinin izahı verilir. Məruzədə, eyni zamanda, bildirilir ki, Ermənistanda, diasporda və xaricdə azərbaycanlılara qarşı düşmənçiliyi təbliğ etmək üçün təhqiretmə, dini, sivilizasiya və “erməni soyqırımı” kimi narrativlərindən istifadə olunur. Ermənistan hökuməti öz məqsədlərinə çatmaq, beynəlxalq cəmiyyətə təzyiq göstərmək üçün dini, sivilizasiya və “soyqırımı” aspektlərindən istifadə edir.

Hesabatı BMTM-in aircenter.az ünvanında yerləşən saytına daxil olaraq bu keçiddən oxumaq mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə