\"Liviya həqiqətən atəşkəs istəyir\". SİA-nın məlumatına görə, bu sözləri ölkənin baş naziri Bağdadi Əli Mahmudi paytaxt Trablusda açıqlaması zamanı deyib. Nazir bildirib ki, Liviya atəşkəs tələbində kifayət qədər ciddidir və bu tələbə NATO da qarşılıq verməlidir: \"Liviya xalqı atəşkəslə bağlı tələbi mövzusunda ciddidir, sadəcə bu məsələyə NATO da eyni ciddiliklə yanaşmalıdır. Yəni, bu təkcə Liviyanın deyil, eyni zamanda NATO-nun da atəşkəsi olmalı və Liviyadakı əməliyyat konkret olaraq dayandırılmalıdır\".
Müxalifətin tələblərini yersiz adlandıran nazir onu da qeyd edib ki, Qəddafi Liviya üçün çox böyük əhəmiyyətə malikdir: \"Müxalifətin əsas tələbi Muammər Qəddafinin hakimiyyətdən getməsidir. Lakin bu heç də məqsədəuyğun tələb deyil. Çünki birmənalı şəkildə qəbul olunmalıdır ki, Qəddafi Liviya xalqının lideridir və xalqın nə istədiyini yaxşı bilir. O, Liviya xalqının ürəyindədir, əgər Qəddafi hakimiyyətdən getsə, Liviya xalqı böyük məyusluqla üz-üzə qalar\".
Bütün bunlarla yanaşı, Mahmudi Qəddafinin hazırki vəziyyətindən xəbərdar olduqlarını da diqqətə çatdırıb: \"Qəddafinin səhhəti ilə bağlı tez-tez məlumat alırıq. Onu deyə bilərəm ki, hər şey qaydasındadır. Lazım olduqda bir-birimizlə əlaqə yarada bilirik\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB