Düşmənin ağı-qarası olmur: başı əzilməlidir! KÖŞƏ YAZISI

44 günlük Vətən müharibəsi zamanı Qarabağımızın işğaldan azad olunması ilə nəticələnən şanlı qələbəmiz əlbəttə ki, bizi istəməyən bir çox daxili və xarici dairələri kəskin şəkildə narahat etməyə başladıb. Ancaq belə desək, anti-Azərbaycan baxışlı Qərb dairələrinin məqsəd və məramları, daha doğrusu, ermənipərəst lobbiçilərin özlərinə əl qatmaları haradasa anlaşılandıır – yəni onlar xarici qurum və təşkilatlar, siyasi dairələr olmaqla öz qərəzli mövqelərini nümayiş etdirirlər, amma təbii ki, layiq olduqları cavablarını da alırlar, almağa da davam edəcəklər. Eləcə də illərdən bəri güclənən, qüdrətlənən, regional gücə çevrilən Azərbaycanın uğurlarını həzm edə bilməyən cinahların kirli maraqları bəllidir və bu maraqların ayaq açıb-yürüməsinin qarşısı alınır. Fəqət daha bir məsələ də var...

Bu məsələnin digər tərəfi isə budur ki, sözügedən dairələrə nökərçilik edən beşinci kalon emissarları hətta (!) xarici dümənlərimizdən betər özlərinə əl qatırlar. Həmin məxluqata sapı özümüzdən olan baltalar da deyirlər el arasında. Belə desək, kənardan baxanlar, hadisələri müşahidə edənlər elə sanarlar ki, sözügedən məxluqat ən qatı ermənidirlər və öz məqsədlərini reallaşdırmaqdan ötrü əllərinə düşən hər açlaqlığa, nadürüstlüyə, ləyaqətsizliyə, ümumiyyətlə isə nakişiliyə əl atmaq qədər ucuzlar yığnağıdırlar. Buna isə başqa cür ad da vermək mümkün deyil. Niyəsini isə belə izah edim...

Yadınızdadırsa, “Milli Şura”nın laməkan sədri Cəmil Həsənli 3 il əvvəl Qərbin dəstəyi ilə Ermənistanda baş vermiş “məxməri inqilabın” lideri Nikol Paşinyanı az qala mələk kimi təqdim etməklə onun “təmiz adam” olduğunu iddia etmişdi. Sonrakı proseslərdə Paşinyanın ölkəsi daxilində oynamadığı oyunları qalmadı və nəticə etibarı ilə Şuşada etdiyi “ölüm rəqsi” onun istər siyasi, istərsə də mənəvi cəhətdən bel fəqərəsini sındırdı. Əgər bu gün Ermənistan əhalisi onu ilk növbədə kapitulyant, xəyanətkar, satqın, korrupsioner və s. adlandırırsa hər halda Cəmil Həsənlidən daha yaxşı bilirlər, çünki onlar Cəmilin xam xəyalları altında deyil, Paşinyanın hakimiyyəti altında yaşayıblar. Amma çox maraqlıdır ki, görəsən Cəmil Həsənli indi də 3 il əvvəlki kimi “Paşinyan təmiz adamdır” ifadəsini işlədə bilərmi? Bəlkə də işlədər, çünki pula satılmağı bacaran ən idbar əməllərə qədər gedə biləcək ünsürlərdirlər. Bu, öz yerində!

Bəs AXCP sədri Əli Kərimlinin fikirlərinə nə deyə bilərik? Bu məxluq isə 44 günlük Vətən müharibəsində qazanılan qələbəmizdən sonra məhz ermənilərin baxış prizmalarından çıxış edərək iddia etdi ki, Azərbaycan özündən 3-4 dəfə zəif düşmən üzərində qələbə qazanıb (?!). Çox maraqlı və düşündürücüdür ki, əcəba Azərbaycan müharibə edənə qədər özünü gücəndirməməli, silahlanmamalı, hərbi kontingentini dünyanın ən müasir silahları, sursatları, texnikaları ilə təchiz etməməliydi ki, müharibə edəndə düşmənə uduzsun? Bu nə məntiqdir? Bu nə düşük, iyrənc marazmdır ki, AXCP sədri ifadə edir?

Baxın, düşmən tərəfi hər çıxışında iddia edir ki, Azərbaycan tərəfində guya hansısa Yaxın Şərq ölkələrindən “terrorçular” cəlb edilir, üstəlik xarici ölkələrin həbrçiləri də müharibədə iştirak edir və s. Amma ortada heç bir fakt, sübut, dəlil və isbat olmadı! Lakin Azərbaycan tərəfi dəfələrlə sübut etdi ki, düşmən tərəfində PKK terrorçularından tutmuş yunan ultramillətçilərinə, Livan, Suriya İraq terrorçularından tutmuş Avropa radikal xristian təşkilatlarının üzvlərinə qədər yüzlərlə insan iştirak ediblər. O cümlədən, Azərbaycan ordusu, dövləti və xalqı bir vahid yumruğa çevrilərək düşmənin başına ölümcül zərbələr endirdi. Bəs onda Əli Kərimli, Cəmil Həsənli və digər onlarkimiləri nə etdilər? Siyasi partiyaların bir araya gələrək Ali Baş Komandanın ətrafında birləşmələri bəyanatına imza atmadılar (?!). Buyursunlar bunun səbəbini izah etsinlər. Etmirlərsə, onda açıq-aydın desinlər ki, birbaşa erməni maraqlarına xidmət edirlər, məğlubiyətə uğrayan ermənilər qədər acı çəkirlər. Üstəlik, çarələri olarsa, İrəvana gedib qondarma erməni soyqırımı abidəsi önündə diz çökər, çiçəklər düşər, sonra isə Yelablur hərbi məzarlığına gedərək, gəbərdilmiş erməni zinvorlarının qəbirləri başında hönkür-hönkür ağlayaraq çiyin atarlar. Axı fakt budur, görünən də budur!

Şuşada Xarıbülbül festivalının uzun illərdən sonra açılışı oldu və dünya bu möhtşəmliyi seyr edərkən, mədəniyyət paytaxtımız elan edilən qədim şəhərin həqiqətən də tarixən, yarandığı vaxtdan Azərbaycana məxsus olduğunu anladı, dərk etdi! Qədim şəhərimizdə yeni məscidin layihəsi təqdim edildi və bu layihə öz memarlıq üslubu, müasirliyi, gözəgəlimliyi ilə Şuşamıza yeni ruh verəcəyini bəri başdan göstərdi. Özü də simvolik görünüşü ilə - Zəfər tarxi ilə!

Cəmil Həsənli isə əlbəttə ki, dərhal bu simvolumuza da özünəməxsus “mız” tapdı. Amma elə mızıldaya-mızıldaya da qaldı, çünki onun sözünün özü kimi heç bir çəkisi olmayıb, yoxdur və olmayacaq da. O, sadəcə bir ipi Əli Kərimlinin əlində, digər ipi də Amerikanın erməni lobbisinin əlində olan əl kuklasıdır.

Hə, sonda daha bir məqamı da qeyd etmək yerinə düşərdi. Əli Kərimlinin Almaniyadakı söyüş maşası Qabil Məmmədov Qarabağ qazilərimizi təhqir etdi – AXCP sədrinin sifarişi ilə və bir gün o da, onun Əli Kərimlisi də, Cəmil Həsənli də mühəqqəq, mütləq və qeyd-şərtsiz bu xalqıın qarşısında mühakimə olunacaqlar, çünki düşmənin də ilanlar kimi ağı-qarası olmur və başı əzilməlidir ki, yenə o başını qaldırmasın. Bu heç də aqressiya, linç çağırışı deyil. Bu, millət, xalq, Vətən sevgisinin daxilimizdə yaratdığı hədsiz hiddət və qasırğa tüğyanıdır!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə