YAP Suraxanı rayon təşkilatı tərəfindən 250-dən artıq aztəminatlı ailəyə bayram sovqatı verilib FOTOLAR

YAP Suraxanı rayon təşkilatı bu il müqəddəs Ramazan bayramı ərəfəsində rayon ərazisində yaşayan 250-dən artıq aztəminatlı ailəyə bayram sovqatı təqdim etmişdir. Bayram süfrəsində olan bütün təamların yer aldığı bağlamalar YAP Suraxanı rayon təşkilatının gənclər birliyinin fəal üzvləri vasitəsi ilə öncədən vətəndaşlar tərəfindən edilmiş müraciətlər əsasında müəyyən olunmuş ünvanlara çatdırılmışdır. Milli-mənəvi dəyərlərin ən gözəl nümunəsinin yaşandığı və xalqımızın ülvi amallar uğrunda öz rəhbəri ətrafında birləşdiyi bu müqəddəs günlərdə dini, milli bayramlarımız vahidliyimizi qorumaq üçün fürsətdir. Məhz bu səbəbdən şəhid ailələri, qazilər, maddi yardıma ehtiyacı olan rayon sakinləri YAP Suraxanı rayon təşkilatı tərəfindən ziyarət edilmiş, onların cari problemləri ilə maraqlanılmış və bəzi məsələlər rayon təşkilatının rəhbərliyi tərəfindən nəzarətə götürülmüşdür. Ramazan bayramı ilə əlaqədar ziyarətlər zamanı rayon təşkilat sədri Vüqar Seyidov vurğulamışdır ki, Azərbaycan Prezidentinin xalqı naminə gördüyü işləri və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın humanitar fəaliyyətini əldə rəhbər tutan YAP Suraxanı rayon təşkilatı bundan sonra da hər zaman yardıma ehtiyacı olan vətəndaşların yanında olacaqdır.

Sonda ziyarət olunmuş ailələr diqqət və qayğı üçün YAP Suraxanı rayon təşkilatına öz dərin minnətdarlıqlarını bildirmişlər.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...