Radikal müxalifət siyasi dərnəklər təsiri bağışlayır

Birmənalı şəkildə demək olar ki, yaxın vaxtlarda dağıdıcı müxalif partiyalar sıradan çıxacaqlar. Yəni, bir neçəsi fəaliyyətlərini dayandırmalı olacaq. Çünki radikallar xalqın dəstəyinə deyil, birbaşa olaraq, xarici qüvvələrin siyasi-maddi dəstəyinə arxalanırlar. Ölkəmizdə keçirilən bütün seçkilərdə müxalifətin rüsvayçı məğlubiyyətlə üzləşmələri cəmiyyətin onlara vurduğu sərt şillə kimi qiymətləndirmək olar. Buna baxmayaq, onlar seçkilərdə uğur qazana bilməmələrinin səbəblərini elmi-siyasi təhlilini aparmırlar. Ən azı papaqlarını qarşılarına qoyub, secki məğlubiyyətinin səbəblərini müzakirə etmirlər. Bu da növbəti seçkilərdə onların yenidən acınacaqlı məğlubiyyət yaşamalarına gətirib çıxarır.

AXCP, Müsavat və digər dağıdıcı müxalif partiyalar daim destruktiv fəaliyyətə üstünlük veriblər. Hər zaman milli maraqlarımız, dövlət və dövlətçiliyimizə qarşı əks-kampaniya aparıblar. Tam əminliklə demək olar ki, müxalifət düşərgəsində daha çox AXCP sədri Ə.Kərimli pozucu mövqe sərgiləyir. Vaxtaşırı olaraq sosial şəbəklərdə milli maraqlarımıza qarşı şər və böhtan xarakterli statuslar paylaşır. Xarici maraqlı dairələrin istək və tələblərinin icraçısı rolunda çıxış edən Ə.Kərimli məlum məsələlərə görə qaçıb ABŞ-da gizlənən Sevinc Osmanqızının qondarma internet televiziyasında xalqını sevən, dövlətinə bağlı olan ayrı-ayrı insanlara qarşı ittihamlar səsləndirir.

“Müasir Müsavat” partiyasının sədri Hafiz Hacıyev mətbuata verdiyi açıqlamasında Ə.Kərimlini şəxsiyyətini itirmiş insan adlandırıb: “Kərimov Əli kimi özünün şərəfini, namusunu itirən bir uşaq Əbülfəz Elçibəyə xəyanət edib. Yəni Əbülfəz Elçibəyin zəhər verib öldürülməsindən tutmuş Əbülfəz Elçibəy xəstəxanaya gedəndə onun haqqında əxlaqsız söz yazdıran, məhz Kərimov Əli olub. Kərimov Əli 100 yerə işləyən şərəfsizin biridir. Mən belə biabırçı insanlar görməmişdim. Yəni belə acı göz mənəviyyatını, şəxsiyyətini itirmiş insanlar görməmişdim. Kərimov Əli ilə Qəmbərov İsa kimi Azərbaycan xalqına zərbə vuran 2, 3, 4-cü adamlar tanımıram”.

Müxalifətin iflası qaçılmazdır

H.Hacıyev bildirib ki, hüquq-mühafizə orqanları Ə.Kərimli, A.Hacılı, İ.Qəmbər, C.Həsənli və digərləri haqqında çox ciddi tədbir görülməlidir: “Kərimov Əlinin dövlət katibi olanda kimlərlə separat danışıqlara getməsi, hansı oyunlardan çıxması, o cümlədən Qəmbərov İsanın da hansı oyunlardan çıxması araşdırılıb, cəmiyyətə açıqlanmalıdır. Yəni bu küçə adamları Azərbaycanda bir illik hakimiyyətləri dövründə nələr etmədilər onu mən dəfələrlə faktlarla bildirmişəm. Kərimov Əlinin Əbülfəz Elçibəyə ad günündə zəhər verib, öldürməsi faktı təsdiq olundu, amma Respublika Prokurorluğu onun haqqında cinayət işi başlatmadı. Bu da çox narahatedici məsələdir. Bakı şəhər prokurorluğun da qaldırılmış cinayət işi tam sübuta yetirildi və nəticəsiz qalıbdır. Nəticəsiz də qalanda əlbəttə ki, Kərimov Əli xarici kəşfiyyat orqanlarının əli ilə əlaqələrini genişləndirir. Bildiyiniz kimi, Kərimov Əlinin bir tərəfi ermənidir, yəni bütün bunların hamısı bizim əlimizdə olan faktlardır. Bizim gözümüzün qabağında bu gədənin böyüməsi, satqınlıq etməsi, agent işləməsi hamımıza bəllidir”.

Bu gün radikal müxalifətin təfəkküründə hakimiyyətə qarşı ifratçılığın, dövlətə və milli maraqlara qarşı qərəzli mövqe sərgiləmələri onların zəifliklərinin göstəricisidir. Çünki zəif və başqalarının təsiri altında olanlar söz yığnağına hesablanan şər və böhtanlar səsləndirir, ittihamlar irəli sürürlər. Dövlətçiliyə qarşı qərəzli tənqidlə çıxış etsə də, predmetin nədən ibarət olduğunu anlamır. Həmçinin dağıdıcı müxalifətin nə üçün mübarizə apardığın, məqsədlərinin və istiqamətlərinin nədən ibarət olduğunu dərk etmir. Bu da onu təsdiq edir ki, dağıdıcı müxalifət ancaq xarici maraqlı dairələrin sifarişlərini yerinə yetirir. Həm də, ölkəmizdə xaosun yaradılmasına çalışırlar. Məhz bu baxımdan demək olar ki, dünyada Azərbaycan müxalifəti kimi dövlətinə və xalqına qarşı düşmən mövqeyi sərgiləyən ikinci müxalif qüvvə yoxdur. Azərbaycanın dağıdıcı müxalifətinin dünya müxalifətçilik institutlarından fərqləndirici keyfiyyəti həm də onunla bağlıdır ki, burada fərqli mövqe nümayiş etdirəni, siyasi fəaliyyətini gücləndirəni satqın, xəyanətkar adlandırırlar. Dəfələrlə AXCP, Müsavat daxilində dövlətçilik maraqlarından çıxış edən partiya funksionerləri ittiham olunub, hakimiyyətə işləməkdə günahlandırılıb. Bəzi hallarda isə, konstruktiv mövqe sərgiləyənlər rəhbərliyin qəzəbinə tuş gələrək partiyadan uzaqlaşdırılıblar. Bütün bu kimi anormal vəziyyət müxalifətin sivil mübarizə metodlarından uzaq olduğunu göstərir. Təbii olaraq da müasir dövrün tələbləri ilə uyğunlaşmayan partiyalar dağılaraq, sıradan çıxmağa məhkumdur. Necə ki, biz artıq bunu dağılma prosesinə qədəm qoyan AXCP, Müsavat və digər partiyalarda görürük.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə