"Beyinlərinizdən istifadə etməyə" çalışın” Eks-baş nazir seçicilərə çağırış etdi
Ukraynanın keçmiş baş naziri Nikolay Azarov hazırkı prezident Zelenskiyə səs verməyə hazır olan ölkə sakinlərinə müraciət edib və onları "beyinlərindən istifadə etməyə" çağırıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, keçmiş baş nazir öz müraciətini, cağırışını Twitter-də edib.
Siyasətçi Ukraynalıların 21 faizinin sonunculara səs verməyə hazır olduğunu xatırladıb. Keçmiş baş nazir ölkənin cənub-şərqindəki sakinləri vurğulayıb.
"Rus dilində o sizə nə vəd etdi? Ümumiyyətlə, o nə etdi?! Heç bir rusdilli ukraynalı Zelenskiyə səs verməməlidir!", deyə Azarov izah etməyə çalışıb.
Xatırladaq ki, 2019-cu ilin aprelində "Ukrayna dilinin dövlət dili olaraq təmin edilməsi haqqında" qanun qəbul edilib, bundan sonra ölkədə xüsusi bir "komissiya" və onun qorunması üçün səlahiyyətli bir şəxsin vəzifəsi ortaya çıxıb. 16 yanvar 2021-ci ildən etibarən Ukraynada xidmət sahəsində dövlət dilinin məcburi istifadəsi ilə bağlı bir norma var.
Onu da nəzərə çatdıraq ki, Rusiya Xarici İşlər Nazirliyi bu cür addımları milli azlıqların hüquqlarının pozulması kimi qiymətləndirib. Ümumiyyətlə, rus dilinin istifadəsi ilə bağlı ciddi problemlər də müşahidə olunur Ukraynada və heç şübhəsiz ki, bu, rusdilli əhali arasında narazılıq doğurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB