“Bunun Cinayət Məcəlləsi ilə heç bir əlaqəsi yoxdur” Aram Vardevanyan

Ermənistanın birləşmiş müxalifətinin lideri Vazgen Manukyanın vəkili Aram Vardevanyan siyasətçiyə qarşı açılan cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırmaq istədiyini bildirib. SİA RİA Novosti Agentliyinə istinadən xəbər verir ki, bu barədə Aram Vardevanyan öz Facebook səhifəsində yazıb.
Qeyd olunur ki, bir qədər əvvəl, Ermənistan İstintaq Komitəsi, Manukyana rəsmi olaraq hakimiyyəti ələ keçirmə çağırışlarında ittiham olunduğunu və bu barədə qərar qəbul edildiyini bildirmişdi. İstintaq Komitəsi, Manukyanın "hakimiyyəti ələ keçirməyə çağırışlar" maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərarın "hakimiyyəti ələ keçirmək, konstitusiya quruluşunu zorla devirmək və onun 12 və 20 fevral tarixlərində etdiyi açıq çağırışlar" üçün verildiyini açıqlamışdı.
"İstintaq Komitəsi bu gün Ermənistanın ilk baş naziri Vazgen Manukyanın - bir sıra siyasi ibtidai və biabırçı işlərdən biri ilə bağlı ibtidai istintaqın başa çatdığını elan edib. Mən bu siyasi işə xitam verilməsi üçün vəsatət qaldıracağam, çünki bunun Cinayət Məcəlləsi ilə heç bir əlaqəsi yoxdur", deyə Vardevanyan öz hesabında yazıb.
Xatırladaq ki, müxalifət namizədi Manukyan 20 fevralda baş nazirin istefasını istəyən 20-dək siyasi qüvvənin nümayəndələrinin qatıldığı mitinqdə müxalifəti "iqtidarı hər an ildırım sürəti ilə ələ keçirməyə hazır olmağa" çağırıb. O, aksiyaları hökumət başçısını istefaya məcbur etməli olan kütləvi etirazlar adlandırıb.
Diqqətə çatdıraq ki, Paşinyanın Rusiya istehsalı olan İskəndərlər barədə diqqətsiz, düşünülməmiş sözlərdən sonra İrəvanda növbəti siyasi böhran başlayıb. Mətbuatda yayılan məlumatlara görə, Ermənistanın Baş Qərargah rəisinin müavini baş naziri istehza edib, lağa qoyub və bunun ardınca baş qərargah rəisinin istefası təklif edilib. Cümə axşamı səhər Ermənistan Silahlı Qüvvələri Paşinyanın özünün istefasını tələb edən bir bəyanat yayıb. Baş nazir isə bunu bir çevriliş cəhdi kimi qiymətləndirib və tərəfdarlarını küçələrə çıxmağa çağırıb. Bu vaxt müxalifət barrikadalar qurub və parlamentin yaxınlığında bir düşərgə yaradıb, səlahiyyətlilərlə danışıqları və baş nazirin istefasını tələb edirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə