YAP Şamaxı rayon təşkilatı idarə heyətinin yığıncağını keçirilib

Bu gün YAP Şamaxı rayon təşkilatının idarə heyətinin Zoom proqramı formatında yığıncağı keçirilib. Yığıncağı hiriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının Aparat rəhbəri Altay Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə nəticələnən Vətən müharibəsi Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış ən şərəfli səhifələrdən biridir.

Gündəlikdə duran birinci məsələ ilə bağlı danışan Aparat rəhbəri qeyd edib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur: “Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyiyi münasibətilə Azərbaycan xalqına müraciətinə qeyd etmişdir ki, bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil”.

Yığıncaqda çıxış edən ADPU-in Şamaxı filialının direktoru Tunzalə Yusifova, İsmayıllı Regional Mədəniyyət İdarəsinin Şamaxı üzrə nümayəndəsi Rəfael Tağızadə, Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova və Şamaxı Ağsaqqallar şurasının sədri Mayıl Alcanov və digərləri bildiriblər ki, dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Azərbaycan xalqı 1948-ci il 9 dekabr "Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması" konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilmişdir. Bu gün Ermənistanda mühüm dövlət postları tutanlar, Seyran Ohanyan, Serj Sarkisyan eləcə də Robert Köçəryan və digərləri baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir. Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.

Sonra Altay Məmmədov gündəlikdə duran ikinci məsələ haqqında çıxış edərək qeyd edib ki, pandemiya ilə əlaqədar tədbirlərin davamı olaraq rayonda peyvənd vurmaq strategiyası ilə bağlı Şamaxı Rayon İcra Hakimiyətinin tövsiyyəsinə əsasən rayon təşkilatında könüllülərdən ibarət mobil qruplar yaradılmışdır. Bu qruplar ünvanlarda olarkən vətəndaşlarımıza peyvəndin vacib olduğunu izah edirlər. YAP İcra Katibliyinin tapşığrığına əsasən şəhid ailələrinə və qazilərə baş çəkilir və onların problemləri öyrənilir.

Yığıncağın sonuda rayon təşkilatının aparat rəhbəri Altay Məmmədov qarşıda duran vəzifələri yüksək səviyyədə həll etmək üçün yığıncaq iştirakçılarını fəal olmağa çağırıb.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə