Müdafiə Nazirliyi vətəndaşlara müraciət etdi

"Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə yaradılmış komissiyaya "veteran adı" və yaxud "veteran kitabçasının" verilməsi səlahiyyəti verilməyib". SİA-nın verdiyi məlumata görə, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib. "Buna görə də vətəndaşlarımızdan xahiş edirik ki, bu məsələ ilə əlaqədar müraciət etməsinlər", - nazirlik rəsmisi bildirib.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə