Gorusun meri Aruş Aruşanyan Nikol Paşinyanın Sünik vilayətinə (Zəngəzur) edəcəyi səfər planına imkan verməyəcəyini bildirib. SİA xəbər verir ki, bu barədə Novosti Armeniya yazır.
Belə ki, Paşinyan daha əvvəl dekabrın 21-də Sünik vilayətini, əsasən Mehrini, Qafanı, Gorusu, Sisyanı ziyarət edəcəyini bildirmişdi. Onun məqsədi vətəndaşlarla, yerli özünüidarəetmə orqanları və vilayət strukturları ilə görüşmək olub.
“Hörmətli Gorus sakinləri, səhər saat 6:00-da, Q.Tatevasyan meydanından başlayaraq maşın kolonu Sünikin qapılarına doğru istiqamət alacaq ki, baş nazirin vilayətə girişinə imkan verilməsin”, deyə bəyanat yayan Ariş Aruşanyan Paşinyanın bu vasitə ilə “erməni torpaqlarını” başqalarına vermək niyyətində olduğunu bildirib və qeyd edib ki, Sünik toxunulmaz qalmalıdır. O, şəhər sakinlərini könüllü marşa qoşulmağa dəvət edib.
Bununla yanaşı, Gorusun meri bildirib ki, bu addım siyasi orientasiya, ya da hansısa partiyanın təşəbbüsü deyil. “Bu, süniklilərin şərəflərinin, təhlükəsizliklərinin və fiziki varlıqlarının, ümumerməni qiyamının mübarizəsidir”, deyə o bəyanatında bildirib.
Polisin isə artıq meri saxladığı bildirilir. Qeyd edilənlərlə yanaşı, polis şəhər sakinlərinin Paşinyanın ziyarətinin qarşısını almaq niyyətlərini önləmək üçün şəhərin əsas giriş və çıxışlarına qoşun yeridib.
Xatırladaq ki, erməni meri Qarabağda gedən hərbi əməliyyatlar zamanı, işğalçı silahlı qüvvələrin tərkibində özünümüdafiə könüllülər dəstəsinə də rəhbərlik edib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB