Paşinyanın istefası reallaşır? Mitinq olacaq

İrəvanda 5 dekabr tarixində Paşinyanın istefası tələbi ilə ümumxalq mitinqi keçiriləcək. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, ümumxalq mitinqinin 5 dekabr saat 15: 00-da İrəvanın Azadlıq meydanında keçiriləcəyi bildirilir.

"Laqeyd deyilsinizsə, qoşulun ... Qarabağı və Ermənistanı xilas etmək üçün ...", deyə müxalif Çiçəklənən Ermənistan Partiyasının nümayəndəsi İveta Tonoyan xalqa müraciət edib.

Xatırladaq ki, 10 noyabrdan bəri Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə davamlı olaraq etiraz aksiyaları keçirilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə