“Qarabağdan 600-dən çox cəsəd çıxarıldı” Araik Arutyunyan

"Qarabağdakı münaqişə bölgəsindən 600-dən çox ölən əsgər cəsədi çıxarılıb". SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri qondarma rejimin əldəqayırma prezidenti Araik Arutyunyan öz Facebook səhifəsində yazıb.

Məlumatda qeyd olunur ki, qondarma rejim rəhbəri itkin düşənlərin və hərbi əsirlərin bir qrup qohumu ilə görüş keçirib, görüşdə Rusiya sülhməramlı kontingentinin komandiri Rüstəm Muradov, Fövqəladə Hallar Komitəsinin direktoru Karen Sarkisyan da iştirak edib.

"Dedim ki, Rusiya sülhməramlıları, Qırmızı Xaç və Fövqəladə Komitə arasında sıx əməkdaşlıq sayəsində bu müddət ərzində 600-dən çox cəsəd münaqişə zonasından çıxarılıb və işlər hər gün davam edir", deyə Arutyunyan Facebook səhifəsində paylaşıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...