“Bu, beynəlxalq cinayətdir” - VZQLYAD

Rus ekspert: “Cəbhədən uzaqdakı şəhərlərə qarşı uzun mənzilli çoxsaylı raket sistemləri ilə zərbələr edilməsinin əsaslandırılması sadəcə mümkün deyil"

“Vzqylad” qəzeti Qarabağda baş verənlərlə bağlı yazı dərc edib. Həmin yazını oxucularımıza təqdim edirik.

Azərbaycan siyasətçiləri beynəlxalq ictimai rəyin Qarabağla bağlı mübahisələrdə ənənəvi olaraq həmişə İrəvana simpatiya bəslədiyini deyirlər. Ancaq bu beynəlxalq rəyi görünür, Azərbaycanın Bərdə şəhərinə atılan “Smerc” raketlərini silkələyə bildi. 21 dinc vətəndaşın öldüyü bombardman hətta BMT Baş katibi tərəfindən qınandı.

Azərbaycan rəsmiləri erməni tərəfinin dinc şəhərə zərbə vurmaq üçün qadağan olunmuş “Smerç” MLRS raketindən istifadə etdiyini nümayiş etdirib.

Prezident İlham Əliyev bununla bağlı müraciətində deyib: “Bir neçə saat əvvəl Bərdəyə bir neçə raket atıldı, nəticədə 21 mülki insan öldü və 70-dən çox mülki yaralandı. Ölənlərin sayı arta bilər”. Türkiyə rəsmiləri artıq Bərdəyə bomba atılmasını erməni tərəfinin hərbi cinayəti olduğunu bəyan edib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan Azərbaycanın açıqlamasını "əsassız və yalan" adlandırdı. Ancaq axşam dinc bir şəhərə zərbə endirilməsi faktı BMT tərəfindən təsdiqləndi.

Baş katibin mətbu nümayəndəsi Stepan Dujarrik "Münaqişədən zərər görən Bərdə şəhərinə endirilən zərbələr də daxil olmaqla, bütün yaşayış məntəqələrinə edilən hücumları ən sərt şəkildə qınayırıq”- dedi.

Göründüyü kimi Bərdədəki bombardman BMT Baş katibini qurban sayı ilə şoka salıb. Halbuki, əvvəllər də Azərbaycanın dinc şəhərlərinin (məsələn, Gəncə və Tərtərin) bombalandığı barədə məlumatlar var idi.

Hərbi ekspert Pavel Felgenhauer qəzetə bildirib ki, ermənilərin "Skad-B" (R-17) raketlərindən istifadə etdikləri hallar var: “Ancaq beynəlxalq konvensiyalara düşməmək üçün hərbi hədəflərə atəş açdıqlarını bildirdilər. Konvensiyalar mülki əhalini hədəfə almağı qadağan edir, ancaq "təsadüfən" vurursunuzsa, bu məhkəmə məsələsi deyil”.

Ekspert deyir ki, Qarabağdan əhalinin çoxu Ermənistana aparılıb: “Demək olar ki, hamısı qadın və uşaqlar. Müəyyən bir kişi hissəsi qaldı. Yəni, orada çox az mülki əhali var. Qarabağ əvvəllər də heç vaxt sıx məskunlaşmamışdı və indi 60-70% oradan çıxarıldı. Azərbaycanda əhali cəbhə bölgəsindən çıxmayıb, buna görə də orada mülki itkilər var".

“Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko, Bərdəyə hücum barədə “Vzglyad” qəzetinə verdiyi açıqlamada, "Şəhərlərə raket zərbələrinin müasir müharibə qaydalarına və Cenevrə Konvensiyasına zidd olduğu məlumdur"- dedi.

“Təmas xəttində hərbi əməliyyatlar olduqda və mülki əhali əziyyət çəkdikdə, bunu başa düşmək olar, çünki hərbi və mülki hədəfləri dəqiq ayırd etmək həmişə mümkün olmur. Ancaq cəbhədən uzaqdakı şəhərlərə qarşı uzun mənzilli çoxsaylı raket sistemləri ilə zərbələr edildikdə, bunun əsaslandırılması sadəcə mümkün deyil. Bu beynəlxalq cinayətdir"

Ermənistanın hərbi-siyasi rəhbərliyinin nüfuzuna nə qədər böyük ziyan dəyəcəksə, Korotçenko mühakimə etməyi öz üzərinə götürmür. “Bunun səbəbi Ermənistanın onlarla mülki insanın ölümünə səbəb olan raket zərbələridir. Ancaq döyüş meydanında kimin qalib gəlməsi daha vacibdir. İndiyə qədər Azərbaycan qalib gəlir ”.

BMT Uşaq Fondu (UNICEF) Qarabağdakı döyüşlərin başlamasından bəri artıq 12 uşağın öldüyünü bildirdi. Bu kədərli siyahıda yer alan adların böyük əksəriyyətinin azərbaycanlı olması diqqət çəkir.

Bu arada Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Bakıda akkreditə olunmuş hərbi attaşeləri cümə axşamı Bərdəyə, "erməni terroru" nun nəticələrini şəxsən görmək üçün gəlməyə dəvət etdi.

Tərcümə etdi: Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə