"Atəskəsə bizi çağıranlar birtərəfli, yalnız Ermənistanın maraqlarından çıxış edir" ÖZƏL-MÜNASİBƏT

"Vaşinqtonun vasitəçiliyi ilə əldə olunan humanitar atəskəs aktiv döyüş əməliyyatlarının aparılmasını istisna edir. Bir neçə saatlıq qüvvədə olan humanitar atəşkəs həlledici deyil və Ermənistan tərəfi ilk dəqiqlərdən atəşkəsi pozur". Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi humanitar atəskəsdən istifadə edərək, toparlanmaq və Azərbaycan bölmələrinə qarşı diversiya və hücumlar təşkil edir: "Ümumiyyətlə, işğal olunmuş ərazilərdə Ermənistan qoşunları ilə yanaşı, Qarabağda terrorçu Arayik Arutunyanın başçılığı ilə terrorçu qruplar var. İlk növbədə, Ermənistan özü sərhəddə atəşkəsə əməl etməlidir. Azərbaycan tərəfi buna əməl edir. Amma Qarabağda Arutunyanın terrorçuları bu atəskəsə əməl etmir. Ona görə də belə bir atəskəsin qüvvədə qalması mümkün deyil.

Azərbaycan ordusu işğal olunmuş ərazilərdə atəskəsə ciddi əməl edir. Amma Arayik Arutunyanın terrorçularına qarşı hərbi əməliyyatlar davam etdirilməlidir.

Dövlət başçısı İlham Əliyevdə proseslərin sürətlənməsi və tez bir vaxtda ərazilərin işğaldan azad edilməsini vurğuladı. Atəskəsə bizi çağıranlar birtərəfli, yalnız Ermənistanın maraqlarından çıxış edir.

D.Trampın atəşkəs çağırışıına gəldikdə isə, bu, imitasiyadır və erməni seçicilərinin dəstəyinə hesablanıb. Həmçinin, ATƏT Minsk qrupunun həmsədrləri iki gündən sonra, baza prinsipləri üzrə danışıqlara başlamaq üçün Cenevrədə bir araya gələcəklər. Qeyd edim ki, Ermənistan baza prinsiplərini qəbul etmir və Qarabağın müstəqilliyində israrlıdır. Belə olan təqdirdə, bu danışıqlarda səmərəsiz və Azərbaycanı atəskəsə məcbur etmək üçün bir plandır.

Ümumiyyətlə, əməliyyatların həlledici vaxtında Azərbaycanın əməliyyatları dayandırması mümkün görünmür. Azərbaycanla yenə də əvvəlki qaydada danışmaq cəhdləri var. Ona görə də ərazilərin işğaldan azad edilməsi davam edəcək. Türkiyə faktoru ortadadır və üçüncü müdaxilələr neytrallaşdırılacaq".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...