Azərbaycan xalqı ilə birik, bərabərik, bir-birimizə qəlbən bağlıyıq - Egemen Bağış

Azərbaycan Türkiyəmizin canı, qanı, ürəyi və ruhudur. Dost deyil, qardaşıq biz! Bu həssas günlərdə də dünən olduğu kimi xalq olaraq birmənalı şəkildə Azərbaycan xalqı ilə birik, bərabərik, bir-birimizə qəlbən bağlıyıq. SİA-nın məlumatına görə, bunu Türkiyənin Çex Respblikasındakı səfiri Egemen Bağış öz rəsmi səhifəsində Qarabağda son günlər yaşananlarla əlaqədar fikir bildirərkən deyib.

Xatırladaq ki, hər zaman Azərbaycana verdiyi dəstəyi ilə seçilən səfir Egemen Bağış bundan əvvəl də azərbaycanlıların Praqada keçirdiyi aksiyalara şəxsən gedərək Azərbaycanın haqq səsinə səs verib, qardaşlıq nümunəsi göstərib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə