Ermənilərin Azərbaycanla bağlı növbəti dezinformasiyaları iflasa uğradı FOTO+FAKT

Ermənistanın istər birinci Qarabağ müharibəsi dövründə, istərsə də hazırda davam etdirdiyi işğalçılıq siyasəti nəticəsində bu ölkənin silahlı qüvvələrinin tərkibində daxil edilməklə xarici ölkələrdən gətirilən, terror və diversiya aktları törədən muzdlu döyüşçüləri barədə zaman-zaman informasiyalar yer alıb. Söz yox ki, əgər bu ölkənin rəsmi dövlət atributikaları ilə yanaşı, idarəçilik sistemində də faşizm çalarları nəzərə dəyirsə, demək bu ideologiya həmin ölkənin rəsmi idarəilik siyasətində yer alıb.

O da əbəs deyil ki, son vaxtlar Livandan köürülən və " əzabkeş ermənilər" adı altında işğal altındakı ərzilərimizə terrorçu muzdluların cəlb edilmələri barədə məlumatlar üzə çıxmağa başlayıb. Belə bir vasitədən Suriyada baş verən vətəndaş müharibəsinin qızğın çağlarında da istifadə olunaraq, Dağlıq Qarabağa terror qruplaşmaları sızdırılmışdı.

SİA olaraq,bir neçə gün öncə Ermənistanın muzdlu terrorçuların işğalçı ölkəyə transferləri barədə Misirincario24com xəbər portalının yaydığı sensassiyalı məlumatını dərc etmişdik. Həmin məlumatda bildirilir ki, PKK terrorçularının Ermənistana aparılmaları üçün bu ölkənin İrqadakı səfiri Qraç Poladyan terror qruplaşmasının başçıları ilə görüş keçirib, təşkilat üzvlərinin həm Ermənistana, həm də Qarabağa yerləşdirilmələri ətrafında planlaşmalar aparıb. Belə ki, sözügedən prosesin bir hissəsi başa çatdırlıb və onun davam etdirilməsi ətrafında bu gün də iş aparılmaqdadır. "İşğalçı Ermənistan PKK ilə anlaşmaya girib" sərlöhvəli xəbərə təqdim etdiyimiz linkə tıklamaqla baxa bilərsiniz:

https://sia.az/az/news/politics/827152.html

Maraqlıdır ki, ermənilər özləri terror təşkilatlarının üzvlərini, habelə muzdlu döyüşçüləri işğal altındakı ərazilərimizə yerləşdirmək planlarını icra edərkən, Azərbaycanı ittiham edir, əsassız şəkildə ölkəmizə qarşı qarayaxma kampaniyaları aparırlar. İlk başdan onu da qeyd edək ki, erməni tərəfi bunu məhz öz qanunsuz əməllərini gizlətmək üçün, beynəlxalq ictimaiyyətin diqqətinin yayınması məqsədi ilə edir. Ona görə də, guya Azərbaycana Suriyadan döyüşçülərin gətirilməsi barədə ağ yalan, böhtan və dezinformasiyaları ictimailəşdirməyə cəhdlər göstərirlər.

Lakin ermənilərin guya Azərbaycana Suriyadan döyüşçülərin gətirilməsi iddiasını alt-üst edən dəlillər də ortadadır. Faktlara əsaslanan dəlillərdən biri isə Levent Kemal adlı birinin tvitter sosial şəbəkəsində həmin faktı ictimailəşdirməsidir. Qeyd olunur ki, o Həmzə divizionunun komandiri Seyfe ilə (@seyfebubekir1) söhbət aparıb. Həmin söhbətdən məlum olub ki, qarşı tərəf, yəni Həmzə briqada sının komandiri döyüşçülərinin Azərbaycana transferləri ilə bağlı irəli sürülən iddiaları rədd edib.

Bildirilir ki, həmin iddianı, yəni ermənilərin iddialarını Türkiyə ordusuna bağlı mənbələr də rədd ediblər.

Məhz ilk əldən çıxan bu informasiyanın həqiqiliyinə şübhə yoxdur. O cümlədən, buradan da sübut olunur ki, ermənilər əslində terrorçularla iş birliklərini ört-basdır etmək məqsədi ilə bənzər yalann-böhtanları Azərbaycanın nüfuzuna xələl vurmaq üçün yayırlar. Lakin göründüyü kimi, düşmənin ağ yalanları bu dəfə də turtarlı faktla iflasa uğrayıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə