Sakit okeanda alov halqası püskürməyə başlayıb

Sakit okeanda alov halqası püskürməyə başlayıb
Mayın 10-da Sakit okeanda Vanuatu ada dövlətinin sahillərində 7,1 bal gücündə zəlzələ baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə məlumat ABŞ-ın Geoloji Xidmətinin saytında yerləşdirilib. İdarənin məlumatına görə, zəlzələ yerli vaxtla saat 19.55-də qeydə alınıb. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə, episentri isə Vanuatunun paytaxtı Port-Viladan 273 kilometr cənubda yerləşib.
Məlumata görə, sunami təhlükəsi yoxdur. Qeyd edək ki, Vanuatu adaları "Sakit okeanın alov halqası"nın əsas hissəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə