Emin Əliyev: “Azərbaycan dövləti zamanın istənilən çağırışına cavab vermək iqtidarındadır” RƏY
“Dünyanın bir parçası olan Azərbaycan COVID-19 pandemiyasının yaratdığı çətinliklərlə əzmlə, uğurla mübarizə aparır və Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə görülən işlər, xüsusən genişmiqyaslı sosial dəstək tədbirləri də buna sübutdur”. Bu fikirləri SİA-ya tarix üzrə fəlsəfə doktoru Emin Əliyev sözügedən mövzu ilə bağlı açıqlamasında deyib.
Onun sözlərinə görə, artıq yaranmış vəziyyətdən əziyyət çəkən minlərlə vətəndaşların problemləri həll edilir və o da əbəs deyil ki, bu məqsədlə dövlət tərəfindən ardıcıl dəstək nümayiş etdirilməkdədir: “Ötən dövr ərzində pandemiyaya görə öz işini müvəqqəti olaraq itirən insanlar bu gün də dövlət tərəfindən dəstəklə təmin edilməkdədir. Eyni zamanda, işsizlərlə bağlı problemlər öz həllini tapır, əhalinin sosial rifahını qorumaq üçün digər mühüm addımlar atılır. Əlbəttə ki, bu kimi addımlar bir tərəfdən Prezident İlham Əliyev cənablarının lider olaraq siyasi iradəsi, digər tərəfdən dövlətin iqtisadi gücü sayəsində reallaşdırılmaqdadır. O cümlədən, mövcud reallıq Azərbaycan dövlətinin neqativ tendensiyaları layiqli qarşılamaq, zamanın istənilən çağırışına cavab vermək iqtidarında və əzmində olduğunu nümayiş etdirir. Dövlətimiz məhz zəruri iqtisadi və maliyyə imkanlarına arxalanaraq daim ən çətin vaxtlarda xalqın rifahının, sağlamlığının qorunmasına və eləcə də, özəl sektorun inkişafına öz dəstəyini göstərib və göstərməkdədir”.
“Prezident İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsi olaraq koronavirus pandemiyasının əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirlər artıq öz nəticələrini verir, vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanır”, deyə qeyd edən Emin Əliyev onu da bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, ünvanlı sosial yardım proqramının icra mexanizminin sadələşdirilməsi və yardım təyinatı şərtlərinin yumşaldılması, aztəminatlı ailələrin bu proqramdan faydalanmaq imkanlarının artırılması, habelə müxtəlif kateqoriyalı vətəndaşlarımızın da dövlətin diqqətinə saxlanılması təmin edilir: “Həmçinin, Prezident İlham Əliyev aztəminatlı ailələrin problemlərinin daha geniş şəkildə həll olunması vəzifəsini qarşıya qoyub və göründüyü kimi, koronavirus pandemiyası şəraitində reallaşdırılan bənzərsiz, çoxsaylı və davamlı sosial müdafiə tədbirləri Prezident İlham Əliyevin “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır”, “Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır” fikrilərinin bariz təzahürüdür və əməli işlərlə tamamlanır. Bütün bu kimi faktorlar bir daha sübut edir ki, Azərbaycan Prezidentinin əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verdiyi hər bir qərar, atdığı hər bir addım cəmiyyətdə razılıqla qarşılanır, böyük rəğbət doğurur. Bu isə daha bir reallığı özündə ehtiva etməkdərir – xalq-iqtidar birliyi. Məhz bu birlik özünü mövcud zamanımızda daha dərindən sübuta yetirmiş oldu”.
Bütün xəbərlər Facebook səhifəmizdə