Mirmahmud Mirəlioğlu: “Hər şey cəbhə üçün, hər şey qələbə üçün olmalıdır” FİKİR

"Bizim bir Allahım iz, bir dövlətimiz və bir Milli Ordumuz var. Dövlətimiz, millətimiz də bir olduğu kimi, biz özümüz də birliyimizi saxlamalıyıq və bunu dəyərləndirməliyik". SİA xəbər verir ki, bu fikirləri Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu təcavüzkar və işğalçı Ermənistanın Tovuz rayonu ərazisində törətdiyi silahlı təxribatını və Silahlı Qüvvələrimizin düşmənə layiqli cavab verməsini, eləcə də Ordumuza ümumxalq dəstəyi göstərməsini şərh edərkən deyib.

"Biz siyasətə gələndən demişik ki, millətin əsgəriyik", deyən KXCP sədri əlavə edib ki, belə bir vəziyyətdə hər birimiz hansı siyasi mənsubiyyətə malik olmağımıza baxmayaraq dövlətin müdafiəsində dayanılmalıyıq: "Əslində, bütün siyasi partiyalar bu gün müharibə partiyası olmalıdır. Bütün vətəndaşlar bu müharibəyə qoşulmalıdırlar. Hər şey cəbhə üçün, hər şey qələbə üçün olmalıdır. Dövlətimizin, ordumuzun yanında olmağımız qələbəmizin təminatıdır. Bunu hər kəs bilməlidir".

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...